Icma.az
close
up
RU
Sülhün və sabitliyin qorunması

Sülhün və sabitliyin qorunması

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri region dövlətləri, xüsusilə qonşu ölkələrlə dostluq münasibətinin qurulmasıdır. Azərbaycanla Ermənistan arasında keçmiş Qarabağ münaqişəsi səbəbindən münasibətlərin xarakteri bəlli idi. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atılıb, Gürcüstanla münasibətlərimiz isə hər zaman yüksək səviyyədə olub.

Prezident cənab İlham Əliyevin Gürcüstana budəfəki səfəri regionda formalaşmış yeni reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Prezident cənab İlham Əliyevin yüksək səviyyədə qarşılanması, Gürcüstan Prezidenti və Baş nazirlə keçirilən görüşlər, aparılan danışıqlar sübut edir ki, iki dövlət arasında dostluq münasibətləri mövcuddur və əlaqələr daha da inkişaf etdiriləcək. Məlumdur ki, regionumuzun şimalında və cənubunda hərbi münaqişələr hökm sürür. Bu baxımdan Prezidentimizin Gürcüstana səfəri Cənubi Qafqazda sülhün və sabitliyin qorunması  üçün də xüsusi əhəmiyyət kəsb edir.  Prezident cənab İlham Əliyev Gürcüstanda çıxışında bir daha vurğuladı ki, Azərbaycan hər zaman regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın yaranmasının tərəfdarı olub. Gürcüstan rəhbərliyi də Azərbaycanın bu yanaşmasına dəstək nümayiş etdirir. Ümumiyyətlə, iki dövlət həm siyasi, həm də iqtisadi sahələrdə eyni mövqedən çıxış edirlər. Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlar səsləndirirlər. Bu gün Azərbaycanla Gürcüstan arasında olan mövcud dostluq əlaqələri digər qonşu ölkələr üçün də nümunə sayıla biləcək səviyyədədir.

Uzun illərdir Gürcüstanla Azərbaycan arasında sıx iqtisadi əlaqələr mövcuddur və bu əlaqələr hər il iki dövlət liderləri sayəsində daha da dərinləşir. Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Avropaya nəql olunur. Cənub Qaz Dəhlizi vasitəsilə də 12 dövlətə qaz ixrac olunur ki, bu da Gürcüstan ərazisindən keçməklə həyata keçirilir. Bütün bunlar Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir və olduqca strateji əhəmiyyətə malikdir. Orta Dəhliz Azərbaycan və Gürcüstan  ərazisindən keçdiyindən hər iki dövlətin Avrasiya məkanındakı rolunu xüsusi qeyd etmək lazımdır. Prezident cənab İlham Əliyevin təşəbbüsü və qətiyyətli siyasi iradəsi sayəsində reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutudur. Ələt Beynəlxalq Dəniz Limanının istifadəyə verilməsi xüsusi önəm daşıyır. Çin və Mərkəzi Asiya dövlətlərindən yüklər Ələt limanına, buradan isə Gürcüstanın Batumi və Poti limanları vasitəsilə Avropaya çatdırılır. Xüsusi vurğulamaq lazımdır ki, bu marşrut xətti iqtisadi və vaxt baxımından olduqca səmərəlidir.

Yaşıl enerji sahəsində də  Azərbaycanla Gürcüstan arasında birgə layihələr həyata keçirilməkdədir. Azərbaycanda istehsal olunacaq yaşıl enerji də Gürcüstan ərazisindən Qara dənizin dibi ilə kabel vasitəsilə Avropa dövlətlərinə ixrac olunacaq. Prezident cənab İlham Əliyevin Gürcüstana səfəri iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrini daha da genişləndirəcək və dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Aprel 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see682

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see373

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see237

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see212

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see187

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see185

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see185

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see184

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see181

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see181

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see178

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see176

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see175

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see171

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see171

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see170

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see166

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see166

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see164

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri