Icma.az
close
up
RU
Silahlı Qüvvələr sabitliyin və sülhün zəmanəti

Silahlı Qüvvələr sabitliyin və sülhün zəmanəti

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Danılmaz həqiqətdir ki, dövlət anlayışı ilə ordu gücü vəhdət təşkil edir. Çünki azad, müstəqil dövlətin nüfuzu mədəni, siyasi, iqtisadi, elmi inkişafı ilə yanaşı malik olduğu ordusunun gücü ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır.

1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ordu quruculuğunda yeni mərhələ başlandı. Orduya dövlət səviyyəsində diqqət artdı, struktur islahatları həyata keçirildi, peşəkar kadr hazırlığı gücləndirildi, hərbi hissələrin maddi-texniki təminatı yüksəldildi. 1998-ci ildə Ulu Öndərin imzaladığı sərəncama əsasən 26 iyun rəsmi olaraq Silahlı Qüvvələr Günü kimi qeyd olunmağa başladı.

Silahlı Qüvvələr Günü təkcə hərbi uğurların qeyd edildiyi bir gün deyil, həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin ehtiramla anıldığı, qazilərimizə və hazırda Vətənə xidmət edən hərbi qulluqçularımıza minnətdarlığın bildirildiyi gündür.

Beləliklə, döyüş meydanında sözünü demiş, gücünü göstərmiş Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sırasındadır. Ölkəmizin strateji üstünlüklərindən biri olan bu reallıq Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yaranıb.

Müstəqillik illərində Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçmiş, regionun ən güclü ordularından birinə çevrilmişdir. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə isə Günnüt əməliyyatı zamanı tarixi qələbələr qazanan Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi tarixi zəfərdir. Bu zəfər müasir ordu quruculuğunun ən böyük nəticəsi və qürur mənbəyidir.

Prezident İlham Əliyev həm hərbi, həm diplomatik, həm də informasiya müharibəsində uğur qazanaraq, Azərbaycanın tarixində yeni bir mərhələnin əsasını qoydu. O, həm də dünya birliyinə göstərdi ki, güclü orduya və siyasi iradəyə malik olan bir xalq heç zaman məğlub edilə bilməz. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarında “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi,” - deyə qeyd etmişdir.

Yeni mərhələdə də ordu quruculuğu xüsusi diqqət mərkəzindədir. Müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, həmçinin yeni silahlı birləşmələr yaradılır. Komando Briqadasının yaradılması isə olduqca önəmlidir. Bir sözlə, hərbi gücümüzün artırılması postmüharibə dönəmində də strateji prioritetlərdən biridir.
Silahlı Qüvvələr Günü dövlətçiliyimizin, suverenliyimizin və milli qürurumuzun təcəssümüdür. Güclü ordu - güclü dövlətin əsas dayağıdır. Azərbaycan bu prinsipi rəhbər tutaraq ordusunu daim gücləndirir, sülhün və sabitliyin qarantı olan hərbi qüvvələrini ən yüksək səviyyəyə çatdırmağa davam edir. Azərbaycan xalqı öz ordusuna güvənir, ordusu ilə fəxr edir. Çünki bu ordu Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçməyə hazır olan qəhrəmanların ordusudur. Şanlı ordumuz bu gün öz gücünü daha da artırmaqla təkcə regionda deyil, dünyanın aparıcı orduları sırasında da yer alır. O siyahıda dünya nəhəngi ölkələrin olmasına baxmayaraq, Azərbaycan Ordusu cari əsrin yeganə ədalətli və Qalib ordusu olaraq qalmaqdadır.

Şübhəsiz ki, hərb meydanında tarix yazmış və tarixə yazılmış qalib Azərbaycan Ordusu bundan sonra da öz üzərinə düşən vəzifələri şərəflə və ləyaqətlə yerinə yetirmək gücündə, əzmində və iqtidarındadır. Biz şanlı Ordumuza inanır, Müzəffər Ali Baş Komandanımıza güvənir, tarixi Zəfərimizlə fəxr edirik!

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyun 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri