Icma.az
close
up
RU
“Sumqayıt” bəyanat yaydı

“Sumqayıt” bəyanat yaydı

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sumqayıt" klubu bəyanat yayıb. Sport24.az xəbər verir ki, "Kimyaçılar" klub prezidenti Riad Rəfiyev ilə idman jurnalistləri arasında gedən məhkəmə prosesi ilə bağlı detallara toxunub:

"Hörmətli media nümayəndələri və futbolsevərlər!

Nəzərinizə çatdırmaq istəyirik ki, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyevin jurnalistlər – Anar Şabanoğlu və İxtiyar Əsgərovla bağlı qaldırdığı məhkəmə iddiası ilə bağlı müraciət ərizəsində müəyyən yanlışlıqlar gedib.

Təqdir edərsiniz ki, məhkəmə mübahisələri hüquqşünasların icrasında olan məsələdir, iddia ərizəsi vəkil tərəfindən hazırlanıb və təəssüf ki, qeyd olunan informasiyaların bəziləri dəqiqləşdirilmədən, xüsusilə bir neçə epizodda termin xətaları ilə birlikdə vəkilin imzası ilə və onun tərəfindən məhkəməyə təqdim olunub. Qarşı tərəfin iddialarının əksinə olaraq, hansısa yalan məlumat yox, yanlış məlumat qeyd edilib.

Xüsusilə iddiaların mərkəzində yer alan "Çempionlar Liqası" ifadəsi klubun qısa zaman kəsiyində 3 dəfə iştirak etdiyi (Bir dəfə Avropa Liqası, iki dəfə isə Konfrans Liqası) "Avrokuboklar" ifadəsinin əvəzinə yanlışlıqla yazılsa da, bu, şikayət mətninin mahiyyətini və Riad Rəfiyevin uğurlu idarəedici persona olması reallığını dəyişmir.

Əlavə olaraq qeyd etmək istərdik ki, məhkəmə icraatında olan bir işlə, həmçinin şəxslərin fərdi, şəxsi və ailə həyatı ilə bağlı məlumatların əks olunduğu bu cür paylaşımlar etmək qanunvericiliyə ziddir.

Komandamızın ölkə çempionatı və kubokunda vacib oyunlarının olduğu bir zamanda azarkeşlərimizdən və idman ictimaiyyətindən bu kimi ciddi əsası olmayan iddialara qarşı verdiyimiz açıqlamalara görə bizi üzrlü hesab etmələrini, əsas diqqəti meydandakı mübarizəyə ayırmaqlarını xahiş edirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://sport24.az
archiveBu xəbər 07 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see373

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see284

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see240

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see224

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see199

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see198

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see194

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see177

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see174

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see163

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see161

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see160

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see159

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see157

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see156

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri