Icma.az
close
up
RU
Sumqayıt Dövlət Universitetində Simpoziumu keçirilib FOTO

Sumqayıt Dövlət Universitetində Simpoziumu keçirilib FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt Dövlət Universitetində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşəbbüsü, Sumqayıt Dövlət Universiteti, Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Azərbaycan Respublikası Auditorlar Palatası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), MÜSİAD Azərbaycan İctimai Birliyi və Türkiyə Cümhuriyyəti İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumu (KGK)-nun birgə təşkilatçılığı, SİNAM şirkətinin Baş sponsorluğu ilə I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib.

Modern.az xəbər verir ki, simpoziumda Türkiyə və digər türkdilli ölkələrin 30-dan çox nüfuzlu universitetindən nümayəndələr, eləcə də iqtisadiyyat, maliyyə və rəqəmsallaşma sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Qarabağ mövzusunda qısa videoçarx nümayiş olunub.

Rəsmi açılış mərasimində Milli Məclisin deputatı Tahir Mirkişili, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Murat Yaman, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Əminağa Sadıqov, Bursa Uludağ Universitetinin prorektoru, professor Zekeriya Arı, KOBİA İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, KGK-nın II sədri Hayrettin Kurt, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov, Elm və Təhsil Nazirliyinin baş məsləhətçisi Osman Hacıyev və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev çıxış ediblər.

Natiqlər simpoziumun elmi və praktiki əhəmiyyətini vurğulayaraq, tədbirin mühasibat, maliyyə, audit və rəqəmsallaşma sahələrində müasir çağırışların müzakirəsi, elmi biliklərin inteqrasiyası və yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından mühüm rol oynadığını qeyd ediblər.

Simpozium öz işini bir neçə bölmə üzrə davam etdirib. Bölmələrdə “Türk dünyasında mühasibat uçotu və audit sahəsində yeni trendlər və çağırışlar”, “Peşəkar mühasiblərin və auditorların yetişdirilməsi üzrə dünya təcrübəsi”, “Mühasibat və audit sahəsində beynəlxalq və milli standartların tətbiqi”, “Mühasibatlıq və auditdə rəqəmsallaşma və süni intellektin tətbiqi: yerli və beynəlxalq proqramların müqayisəsi”, “MHBS və audit standartlarında son dəyişikliklər və biznesdə yeni maliyyə alətləri”, həmçinin “Vergi qanunvericiliyində 2025-ci ildə edilmiş dəyişikliklərin tətbiqi və 2026-cı ildə gözlənilən yeniliklər” mövzuları müzakirə olunub.

Bölmə iclaslarında məruzələrlə çıxış edən iştirakçılara sertifikatlar təqdim olunub.

Beynəlxalq simpoziumun ikinci mərhələsi bu gün Xəzər Universitetində keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri