Sumqayıt ın yaponu: İstirahət zamanı Bakıya gəldikdə, görüşürük, kofe içirik
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Sumqayıt"ın futbolçusu Masaki Murata "Neftçi" ilə səfərdə heç-heçə (2:2) etdikləri Misli Premyer Liqasının XV turunun oyunundan sonra jurnalislərə açıqlama verib. Sport24.az-ın məlumatına görə, yaponiyalı oyunçu görüşün sonlarında yaşanan insident barədə danışıb:
"Həmin vaxt meydanda deyildim. Ehtiyat oyunçular skamyasında əyləşmişdim. Nə baş verdiyini tam bilmədim. Gördüyüm qədərilə bizim oyunçumuzu itələdilər. Bununla da, ara qarışdı".
O, "gənclik şəhəri" təmsilçisinin hazırkı durumu barədə də fikirlərini bölüşüb:
"Hazırda yaxşı vəziyyətdəyik. Turnir cədvəlində də mövqeyimiz pis deyil. Matçlarda xal və xallar qazana bilirik. Güclü heyətimiz var. Mən də komandada xoşbəxtəm. Ayrılıqla bağlı planım yoxdur".
Murata "Kəpəz"də çıxış edən həmyerlisi Ohori barədə də danışıb:
"O, Gəncədə yaşayr, uzaqda qalır. İstirahət zamanı Bakıya gəldikdə, görüşürük, kofe içirik. Futboldan da danışırıq, söhbətlər edirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 16 Dekabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















