Sumqayıt sakinləri 2 saylı ASAN da da kommunal xidmətlərin göstərilməsini istəyirlər
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Bir qrup Sumqayıt sakini redaksiyamıza müraciət edərək bulvar ərazisində yerləşən 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində kommunal xidmətlərin (işıq, qaz, su) göstərilmədiyini və buna görə əziyyət çəkdiklərini bildiriblər.
Yeniavaz.com xəbər verir ki, sözügedən şəxslər həmin xidmətlərin 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində də göstərilməsini istəyirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirilidi ki, fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda, “ASAN xidmət”in fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən “ASAN kommunal” mərkəzləri yaradılıb və vahid şəkildə idarəedilməsi təşkil edilib:
“Hazırda 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Azərişıq” Açıq Səmdar Cəmiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara xidmət göstərilir”.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:1 saylı Sumqayıt “ASAN xidmət” fəaliyyətini qismən məhdudlaşdırıb
13 Mart 2025 09:38
“Sumqayıt”ın asan səfəri
23 May 2025 12:42
“Azəriqaz” “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayını açıqladı
15 Noyabr 2024 12:48
“ASAN xidmət” və “ASAN kommunal”da yanvarın 4ü iş günüdür
28 Dekabr 2024 10:03
“Sumqayıt”da ayrılıq
11 Dekabr 2024 19:29
Baxış sayı:105
Bu xəbər 19 Avqust 2025 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















