Sumqayıt sakinlərinə şad xəbər Xırdalan qatarı yenidən işləyəcək
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Xırdalan-Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb və dəmir yolu ilə sözügedən istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlanıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, hazırda Xırdalan-Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir, eyni zamanda, bu istiqamətdə təyin olunacaq yeni reyslər üzrə istismara veriləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir. Bütün bu işlər başa çatdıqdan sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə qatarların Sumqayıta hərəkəti yeni tədris ili başlayanadək bərpa olunacaq.
Sözügedən qatarlar həmişəki qaydada həftənin bütün günlərində mövcud dayanacaqlar üzrə hərəkət edəcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 14 Avqust 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















