Sumqayıt sakinlərinin narahatlığı: Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi, Şah İsmayıl Xətai küçəsində yerləşən 46 saylı binanın sakinləri evlərinin yaxınlığında obyektin tikintisindən narazılıq edirlər.
"Evimin pəncərəsinin qarşısında çayxana tikirlər. Bura avara adamlar toplaşacaq, bütün səs-küy də evimin içində olacaq. Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik", - deyə sakinlər bildiriblər. Sakinlər ərazidəki ağacların kəsildiyini də iddia edirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə aparılan tikinti tam qanuni əsaslara malikdir və müvafiq icazə sənədləri mövcuddur.
Eyni zamanda, həmin ərazidə heç bir ağac kəsilməsi faktı qeydə alınmayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Sumqayıt sakinlərinin narahatlığı: "Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 24 Mart 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















