Icma.az
close
up
RU
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ Avtobuslar kart sisteminə KEÇƏCƏK RƏSMİ

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ Avtobuslar kart sisteminə KEÇƏCƏK RƏSMİ

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bakıda şəhərdaxili marşrut avtobuslarında artıq bir neçə ildir kart sistemi tətbiq olunur. Yəni sərnişinlər həm metroda, həm də avtobuslarda “Bakıkart”dan istifadə etməklə ödəniş həyata keçirə bilirlər.
2021-ci il sentyabr ayında isə Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində gediş haqlarının kartla ödənilməsinə başlanılıb. Lakin kart sisitemindən istifadə uzun sürməyib, yenilik cəmi 54 gün davam edib. Heç iki ay keçməmiş sakinlərin narazılığı əsasında kart sistemi ləğv edilib. Buna səbəb isə 206 avtobusda quraşdırılan validatorların yararsız çıxması olub.
 

Yəni quraşdırılan validatorlar monitorda məlumatı düzgün göstərməyib, sərnişinin balansından bir gediş üçün dəfələrlə vəsait çıxıb. Həmçinin, aparatlarda donma da qeydə alınıb ki, bu da avtobusların işini ləngidib.


Uğursuz yenilikdən sonra şəhərin avtobusları yenidən köhnə üsula qayıdıb. Yəni 3 ildən çoxdur Sumqayıt sakinləri avtobuslarda ödənişi nağd şəkildə edir. Elə həmin ərəfədə bunun müvəqqəti olduğunu, “Sumqayıt Nəqliyyat” MMC-nin Türkiyədən yeni validatorlar sifariş etdiyi bildirilib. Lakin hələ də kart sisteminə keçid olunmayıb.
Bəs hazırda durum nə yerdədir? Sumqayıtda fəaliyyət göstərən şəhərdaxili avtobuslar nə zaman kart sisteminə keçəcək?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-ya bildirib ki, ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı tapşırıq verilib:
“Bu istiqamətdə iş aparılır. Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Mart 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri