Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub
Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.
“Report”un yerli bürosu məlumat verir ki, 4 nömrəli Xəstəxanasının baş həkim vəzifəsinə Bahadır Mahmudov təyin olunub.
STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.
Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli Xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
![see](https://icma.az/template/assets/see.png)