Sumqayıt sənəd məsələsinə görə DÇ də oynamış qapçıını transfer edə bilmədi
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qana millisinin qapıçısı Benjamin Asarenin karyerasını Azərbaycanda davam etdirmək imkanı olub. Sport24.az-ın məlumatına görə, "Sumqayıt" 34 yaşlı qolkiperi icarə əsasında heyətinə qatmaq istəyib.
Hətta "kimyaçılar" bu məqsədlə Qananın "Hearts of Oak" klubu ilə anlaşmağa da yaxın olub.
Lakin iş icazəsi məsələsi transferin baş tutmasına mane olub. Məlumata görə, lazımi icazənin alınması üçün yeddi həftəyədək vaxt tələb olunub.
"Gənclik şəhəri" təmsilçisi isə qapıçı mövqeyini qısa zamanda gücləndirmək niyyətində olduğundan bu qədər gözləmək istəməyib və nəticədə transferdən imtina edib.
Xatırladaq ki, Benjamin Asare Qana millisinin heyətində DÇ-2026-da üç matçda meydana çıxıb.
Baxış sayı:146
Bu xəbər 08 Sentyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















