Icma.az
close
up
RU
“Sumqayıt” yevlaxlıların qapısını “karvansaraya çevirdi”

“Sumqayıt” yevlaxlıların qapısını “karvansaraya çevirdi”

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt – Karvan-Yevlax 4:1 (1:1)
1. Mehdi Cənnətov (k) – 6,0
80. Keffel Resende – 6,0
14. Pedro Pinto – 5,5
72. Rayan Senhadji – 6,0
75. Nadir Orucov – 5,0
(25. Abdul Raşid Mumini, 61) – 5,0
71. Masaki Murata – 5,0
(7. Rüstəm Əhmədzadə, 61) – 5,0
6. Rauf Rüstəmli – 5,0
(8. Səbuhi Abdullazadə, 46) – 5,5
19. Roy Kehat – 6,0
23. Ronaldo Vaskes – 6,5
9. Aleksandr Ramalinqom – 7,0
(10. Nikola Ninkoviç, 70) – 5,5
11. Aleksa Yankoviç – 6,5
(21. Nihad Əhmədzadə, 70) – 5,0
Ehtiyat oyunçular
22. Xəyal Fərzullayev
56. Aftandil Arixov
3. Höccət Haqverdi
66. Ruslan Əliyev
97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç
Komandanın ən yaxşısı: Aleksandr Ramalinqom
1. Kamran İbrahimov – 5,0
2. Şakil Sno – 5,5
3. Said İranxan – 5,0
33. Eltun Turabov – 5,0
(32. Elvin Yunuszadə, 68) – 5,0
21. İmani Barker – 5,0
19. Tompson Qavi – 5,5
6. Vadim Abdullayev (k) – 5,0
42. İbrahim Qədirzadə - 5,0
(11. Kayl Spens, 78) – qiymətsiz
4. Olavale Doyeni – 4,5
(18. Süleyman Əhmədov, 20) – 5,5
20. Coy Sleyd Mikels – 6,0
(14. Uğur Cahangirov, 78) – qiymətsiz
8. Peter Kinqs – 5,0
(10. Samuel Durrant, 46) – 5,0
Ehtiyat oyunçular
25. Əmrah Bulud
7. Araz Abdullayev
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
77. Əli Abdullayev
12. Vitor Roşa
37. Mois Nqvisani
Baş məşqçi: Azər Həşimov
Komandanın ən yaxşısı: Coy-Sleyd Mikels
Qollar: R.Vaskes, 12 (1:0, R.Kehat). C.-S.Mikels, 43 (1:1). A.Ramalinqom, 54-p. (2:1). A.Yankoviç, 59 (3:1). A.Ramalinqom, 65-p. (4:1)
Vərəqələr: E.Turabov, 10 (qeyri-idman hərəkəti). K.Resende, 25 (qeyri-idman hərəkəti). A.Yankoviç, 26 (qeyri-idman hərəkəti). İ.Barker, 58 (qeyri-idman hərəkəti). N.Ninkoviç, 76 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Əli Əliyev (Bakı).
VAR hakiminin köməkçisi: Əliyar Ağayev (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
18 oktyabr. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1000 tamaşaçı (9502 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Avrokuboklar uğrunda mübarizə aparan “Sumqayıt” ona görə qələbə qazanmalıydı ki, ilk “dördlük” uğrunda mübarizədə şanslarını qoruya bilsin. Premyer-liqada qalmaq istəyən “Karvan-Yevlax” isə azı bir xal əldə etməklə turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmalıydı.

İş elə gətirdi ki, qısa müddətdə qonaqların milli fasilədən layiqincə istifadə edə bilmədiyini, rəqibə müqavimət göstərməkdə ciddi çətinliklə üzləşdiyini gördük. Əlbəttə, bunda meydan sahiblərinin matça istəkli başlamasının da ciddi rolu oldu. Axı “kimyaçılar” start fitindən etibarən sərgilədiyi üstün oyunun bəhrəsini hələ 12-ci dəqiqədə gördü: Resendenin sol cinahdan yerlə ötürməsini qəbul edən Kehat topu vaxt itirmədən Vaskesə çatdırdı. Epizod dominikanlının dəqiq zərbə sayəsində qol vurmasıyla nəticələndi. Bundan sonra komandaların daha çox mərkəzdə davam edən mübarizəsinə şahidlik etdik. Hər iki tərəfin əks-hücumlara bel bağlamağa qərar verməsi matçın daha bir qolun qeydə alındığı vaxta qədər cansıxıcı keçməsinə səbəb oldu. Sükutu pozmaq isə qonaqların payına düşdü. Hər şey Süleymanın “kürə”ni uzaq məsafədən qapı önünə göndərməsiylə başladı. Burda topu qarşılayan Sno başla Mikelsə ötürmə verdi. Almaniyalı ilk cəhddə Mehdini məğlub edə bilməsə də, qapıçının Pintoyla toqquşaraq yerdə qalması hücumçunun yolunu hamarladı. Belədə Mikelsin fərqlənməsi yolunda hansısa maneə qalmadı. Əlbəttə, Kehatın gecikən müdaxiləsini – top artıq xətti keçmişdi – saymasaq… Beləliklə, 43-cü dəqiqədə qol buraxan “Sumqayıt” fasiləyə “sülh”lə yollanmalı oldu.
İkinci yarının ilk dəqiqəsi Yankoviçin ideal fürsəti boşa verməsiylə yadda qaldı. Hər halda, təkbaşına uzun məsafə qət edən, “yolüstü” Sno ilə Eltunu zərərsizləşdirən serbiyalı fərqlənməyə çox yaxın idi. Ancaq onun bu üzdən çox təəssüfləndiyini düşünmək olmaz. Çünki futbolçu çox keçmədən, dəqiq desək, 53-cü dəqiqədə komandasına penalti qazandırmaqla “günahını yudu”. Buna Vadimin onu cərimə meydançasında kobud müdaxiləylə yerə sərməsi səbəb oldu. Nəticədə “nöqtə”yə yaxınlaşan Ramalinqom “Sumqayıt”ı hesabda önə keçirdi. Bir qədər sonra qonaqların növbəti ciddi qayda pozuntusu qeydə alındı. Bu dəfə Barker sürətlə cərimə meydançasına doğru irəliləyən Ronaldonu kobudluqla dayandırdı. Cərimə meydançasının qövsü yaxınlığında təyin eidlən cərimə zərbəsi Yankoviçə həvalə olundu ki, 59-cu dəqiqədə topun arxasına keçən serbiyalı birbaşa “çərçivə”ni nişan almaqla baxımlı qola imza atdı. Ardıcıl qollardan sonra toparlanmağa macal tapmayan “Karvan-Yevlax” çox keçmədən növbəti “soyuq duş” effektinə məruz qaldı. Bu dəfə Mikelsin Rüstəmlə mübarizə zamanı əllə oynaması penalti qərarıyla, “nöqtə”yə yaxınlaşan Ramalinqomun isə 65-ci dəqiqədə dubl etməsiylə nəticələndi.
Bəli, “Karvan-Yevlax” Sumqayıtda daha böyükhesablı məğlubiyyətlə üzləşə bilərdi. Lakin Ninkoviçin 75-ci dəqiqədə vurduğu qol ötürmə edənin – Rüstəmin oyundankənar vəziyyətdə olması səbəbindən sayılmadısa, 90-cı dəqiqədə Ronaldo yüzfaizlik qol imkanını boşa verdi. Hər halda, “Sumqayıt” üç oyun davam edən qələbə həsrətinə son qoydu. Yevlax təmsilçisi isə dəyişiklik etməlidi. Harda, nədə? Bu artıq Azər Həşimovun işidi…
Gözdən qaçmadı
// “Karvan-Yevlax” səfərdə dəstəksiz qaldı. “Sumqayıt”ın “Kimyaçılar” fanklubu isə tribunalarda idi. “UltraSumqayıt” azarkeş qrupunu isə görmədik. Səbəbini araşdırarkən məlum oldu ki, bu fanklubun əksər üzvləri “Kimyaçılar”la birləşib. Və fanklubun adı “Ultras Kimyaçılar” olaraq dəyişib. Görünür, “UltraSumqayıt” artıq tarixə qovuşub…
// Sumqayıtlı azarkeşlər sevimli komandalarının 4-cü qolundan sonra “beş! beş! beş!” şüarı səsləndirib arzularını futbolçulara çatdırdı.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Oktyabr 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri