Icma.az
close
up
RU
Sumqayıt zəfəri: sevindirən və incidən məqamlar

Sumqayıt zəfəri: sevindirən və incidən məqamlar

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Azərbaycan yığması FİFA-nın daha çox kiçik yığmaları sevindirməyə, onlara qələbə həzzi yaşatmağa xidmət edən turnirdəki qələbəsi yenə ölkədə, xüsusən də futbol ictimaiyyəti arasında böyük diskussiya doğurub.

Təbii, belə yanaşma anlaşılandı. Elə heç vaxt bizim küçədə qələbə yaşanmadığına görə bu turnirdəki uğuru olduğundan daha parlaq görmək və ya əksinə, uğurun üzərindən sükutla keçmək, onu tam dəyərsizləşdirmək cəhdləri də aydındı. Mən də bəzi sözlər demək istəyirəm.
Sevindirən…
* Qələbə elə qələbədi, bütün hallarda adama sevinc gətirir, idmançıya və komandaya özünəinam aşılayır, idmançını və komandanı yeni uğurlara səsləyir.
* Syerra Leoneyə qarşı 2-ci hissədə göstərdiyimiz oyunu Millətlər Liqasında da göstərə bilsək, D (!) liqasında qrup birinciliyi, konkret Litvanı sıradan çıxarmaq uğrunda oynamaq olar.
* Ayxan Abbasov istənilən əcnəbi çalışdırıcı ilə müqayisədə azərbaycanlı futbolçuların potensialına və bacarığına daha yaxşı bələddi, kimi hansı mövqedə oynadacağını bilir. Onun heç də xoş axarda keçməyən oyunun 2-ci hissəsinə müdaxilə cəhdlərini bəyəndim.
* Nəzərə alaq ki, yığmanın əsas iki ulduzu - Nəriman Axunzadə ilə Mahir Emreli müxtəlif səbəblərdən heyətdə yox idi. Onların yığmaya qatılması Abbasova xüsusən də irəlidə daha geniş manevr imkanı verəcək. Amma bütün bu manevr və eksperimentlər payıza qədər bitməli, baş məşqçi komandanın özəyini müəyyənləşdirməli, yığma Millətlər Liqasının oyunlarına istisnasız nəticə üçün çıxmalıdı.
* Kim nə deyir-desin, “Qarabağ”ın oyunçuları səviyyə baxımından başqalarından seçilir, özü də mən təkcə səviyyə yox, həm də beynəlxalq oyun təcrübəsi deyərdim.
* Penaltiləri yerinə yetirmək bacarığımızın yüksək olması. Avrokuboklarda bu yöndə çox əziyyət çəkmişik deyə, azərbaycanlı futbolçuların “nöqtə”yə yaxınlaşarkən soyuqqanlı davranması, bütün cəhdlərdə “çərçivə”yə düşməsi məni sevindirdi.
...incidən məqamlar
* Xüsusən də ilk yarıda rəqibin potensialını qiymətləndirməmək, ona yuxarıdan aşağı baxmaq meyli var idi. Sent Lusiya üzərində qazanılan asan qələbə futbolçularımızı arxayınlaşdırmışdı. Baxmayaraq ki, media, futbolu yaxşı bilənlər Syerra Leonenin ən azı reytinqdə bizdən öndə olduğunu gündə 5 dəfə deyirdilər.
* Yığma üzvlərinin hədsiz aqressiv görünməsi, heç bir ehtiyac olmadan rəqib futbolçularla münaqişəyə girişməsi. Anlaşılandı, bu gərginliyin əsası İdris Kanunun Anton Krivotsyuku az qala tapdalayıb (məncə, qaydalar çərçivəsində!) keçməsi ilə qoyuldu, sonra da meydanboyu davam etdi. Emil Səfərovun, Aydın Bayramovun davranışı nə idi?! VAR olsaydı, onların cəzasının altından kim çıxacaqdı?
* İlk oyunda rəqibin zəif Sent Lusiya olmasına baxmayaraq, yığmanın əksər üzvləri hələ də üçgündənbir eyni səviyyədə oynamağa, eyni intensivliyi qorumağa hazır deyil. Çox güman, bu daha çox fiziki hazırlıqla bağlı olan çatışmazlıqdı. Ancaq çatışmazlıqdı ki çatışmazlıq...
* Yığmada lidersizlik açıq-aşkar görünür. Emin Mahmudov artıq bu rola yaramır, məsuliyyəti üzərinə götürməyə hazır olan başqası da yoxdu. Bədavi Hüseynov da ən müxtəlif səbəblərdən (yaş, “milləşdirilən” futbolçu olması, klubunda müntəzəm oynamaması...) lider statusuna uyğun gəlmir. Bəs onda kimi seçək? Qismət Alıyevi, Mahir Emrelini, yoxsa Elvin Cəfərquliyevi?
* Qol hər nə qədər Toral Bayramovun yerinə yetirdiyi cərimə zərbəsinin ardından vurulsa da, bu komponentdə hələ çox “artırmalıyıq”. Emin Mahmudovun yoxluğunda onun sevimli nöqtəsində cərimə zərbələri qazanmaq inadımızı da anlamadım.
* Komanda üzvləri arasında anlaşma səviyyəsi hələ də idealdan uzaqdı. Dəfələrlə ünvansız ötürmələr, hücumun münasib yox, uğursuz variant üzrə davam etməsi cəhdlərini gördük. Xüsusən də Renat Dadaşovun oyun üslubu, bəlkə də hətta futbolçu tipi ümumi ansambla uyğun gəlmir. Kəsəsi, bu yöndə cilalanmalı olan cəhət çoxdu.
...Və yenə girişdəki mülahizənin üzərinə dönürəm: qələbə elə qələbədi. Sadəcə, bizə daha böyük qələbələr lazımdı!
ORXAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Mart 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri