Sumqayıtda 110 yaşlı xəstəxana köçürülür
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 1916-cı ildə inşa olunmuş tarixi tikilinin bir sıra konstruktiv elementlərində uzunmüddətli istismar nəticəsində aşınma halları müşahidə olunub.
Lent.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, bu səbəbdən də qəzalı vəziyyətə düşən binada fəaliyyət göstərən 3 nömrəli Şəhər Xəstəxanasının mərhələli şəkildə köçürülməsinə başlanılıb:
"Vətəndaşların ilkin tibbi xidmətə olan ehtiyacının operativ və əlçatan şəkildə qarşılanmasını təmin etmək məqsədilə xəstəxananın həyətində ayrıca binada fəaliyyət göstərən Poliklinika şöbəsi və laborator xidmətlər isə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
Görülən tədbirlər səhiyyə infrastrukturunun yenilənməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədinə xidmət edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 29 Aprel 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















