Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu ÖZƏL
Icma.az bildirir, Bizim media portalına istinadən.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, şagirdlər tərəfindən yararlılıq müddəti bitmiş, qənnadı məhsulları istehlak edilib. Hadisə ilə əlaqədar zərərçəkmiş şəxslərdən və məhsuldan laborator müayinələr aparılması məqsədilə nümunələr götürülüb.
Zərərçəkmiş şəxslərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində zəhərlənməyə səbəb olan Staphylococcus aureus (qızılı stafilokok) bakteriyası aşkarlanıb.
AQTA bir daha istehlakçıları qida məhsullarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırır. Qida məhsulları istehlak edilərkən onların etiket məlumatları, xüsusilə yararlılıq müddəti diqqətlə yoxlanılmalı, yararlılıq müddəti bitmiş, mənşəyi və saxlanma şəraiti məlum olmayan qidaların istehlakından çəkinilməlidir. Uşaqların sağlamlığını qorumaq və yoluxucu xəstəliklərin qarşısını almaq üçün onların sanitariya və gigiyena qaydalarına ciddi riayət etməsi mütləqdir.
"Valideynlərə tövsiyə olunur ki, övladlarını qida təhlükəsizliyi qaydaları barədə məlumatlandırsın, onların istehlak etdikləri qidaların təhlükəsizliyinə diqqət yetirsin və uşaqlarda erkən yaşlardan düzgün qidalanma vərdişlərinin formalaşdırılmasına xüsusi önəm versinlər".
Qeyd edək ki, oktyanrın 2-də Sumqayıt şəhərində yerləşən 36 nömrəli tam orta məktəbdə kütləvi zəhərlənmə baş verib. Məktəbin 21 şagirdi zəhərlənmə şübhəsi isə xəstəxanaya müraciət edib.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Oktyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















