Sumqayıtda avtomobildə yanğın baş verdi
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 1-ci məhəllə adlanan ərazidə avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

Sumqayıtda avtomobildə yanğın baş verdi
28 Noyabr 2024 15:09
Sumqayıtda avtomobildə yanğın Video
28 Noyabr 2024 15:54
Sumqayıtda yanğın baş verdi
22 Dekabr 2024 10:38
Sumqayıtda yataqxanada yanğın baş VERDİ
01 Dekabr 2024 09:44
Sumqayıtda yanğın baş verdi VİDEO
12 Mart 2025 20:06

