Sumqayıtda bina tam hazır olmadan təhvil verilib Səbəb
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Sumqayıt şəhərinin 8-ci mikrorayonunda, Koroğlu küçəsində yerləşən yaşayış binasında mənzil alan sakinlər uzun müddətdir müxtəlif problemlərlə üz-üzə qalıblar.
Milli.Az xəbər verir ki, söhbət 90-dan çox ailənin mənzil aldığı binadan gedir. Sakinlərin iddiasına görə, tikinti şirkəti binanı tam hazır vəziyyətə gətirmədən istifadəyə verib. Binada hələ də lift quraşdırılmayıb, qaz təminatı yoxdur və dam örtüyünün tikintisi tamamlanmayıb. Bu səbəbdən ailələr illərdir mənzillərinə köçə bilmirlər.
Sakinlərin sözlərinə görə, binadakı açıq pilləkən boşluqları, xüsusilə uşaqlar üçün ciddi təhlükə yaradır. Sakinlərdən biri bildirib ki, beş və səkkiz yaşlı nəvələrinin təhlükəsizliyi onu ciddi narahat edir və mümkün bədbəxt hadisəyə görə məsuliyyət daşıyacaq şəxsin kim olacağını sual edir.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşların müraciətləri araşdırılır.
Qeyd olunub ki, problemin həlli üçün tikinti şirkətinin rəhbərliyi ilə görüş keçirilib və qaldırılan çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 10 İyul 2026 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















