Icma.az
close
up
RU
Sumqayıtda daha bir möhtəşəm layihə FOTOLAR

Sumqayıtda daha bir möhtəşəm layihə FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Sumqayıt şəhərində həyata keçirilən abadlıq və yaşıllaşdırma layihələri çərçivəsində daha bir nümunəvi istirahət məkanı sakinlərin istifadəsinə verilib. 

"Unikal" xəbər verir ki, şəhərin Yaşıldərə yaşayış massivində, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev adına olan küçədə yeni salınmış Bələdiyyə Parkının açılış mərasimi keçirilib.

Açılış tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,idarə və müəssisə rəhbərləri, bələdiyyə qulluqçuları və çoxsaylı sakinlər iştirak ediblər.

İcra başçısına məlumat verilib ki, cəmi 2 ay  ərzində yaradılan parkın ümumi sahəsi 3 min kvadrat metrdir. Layihə çərçivəsində ərazidə geniş abadlıq və yenidənqurma işləri həyata keçirilib. Belə ki, 915 kvadrat metr sahədə yaşıl qazon salınıb, 1375 kvadrat metr əraziyə tamet döşənərək piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunub. Bundan başqa, uşaqların əyləncəsi və asudə vaxtının səmərəli təşkili məqsədilə 475 kvadrat metr hissədə xüsusi oyun və əyləncə zonası yaradılıb.

Parkın yaşıllıq zolağında 200 ədəd eldar şamı ağacı, 500 ədəd müxtəlif növ dekorativ kol bitkisi və 1000 ədəd mövsümi gül əkilib. Ərazidə sakinlərin istirahəti üçün 30 ədəd müasir oturacaq quraşdırılıb, gecə saatlarında parkın işıqlandırılması məqsədilə 15 ədəd işıq dirəyi istifadəyə verilib.
Qeyd olunub ki, yeni parkın salınması Yaşıldərə yaşayış massivində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması və sakinlərin rahat istirahətinin təmin olunması istiqamətində həyata keçirilən mühüm layihələrdən biridir.

Zakir Fərəcov görülən işlərdən razılığını ifadə edərək bildirib ki, şəhərin bütün yaşayış məntəqələrində abadlıq, quruculuq və yaşıllaşdırma işləri mərhələli şəkildə davam etdiriləcək.

Tədbirdə çıxış edənlər bildiriblər ki, şəhərin müxtəlif ərazilərində həyata keçirilən abadlıq və quruculuq işləri Sumqayıtın simasının daha da gözəlləşməsinə, sakinlərin rahatlığının təmin olunmasına xidmət edir. Xüsusilə yaşayış massivlərində yeni park və istirahət məkanlarının yaradılması uşaqların, gənclərin və ailələrin asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Sakinlər isə yaradılan yeni parkın əraziyə xüsusi gözəllik bəxş etdiyini vurğulayaraq, burada uşaqlar və ailələr üçün müasir istirahət şəraitinin yaradılmasını yüksək qiymətləndiriblər. Onlar həyata keçirilən layihəyə görə minnətdarlıqlarını ifadə edib, belə sosial yönümlü təşəbbüslərin şəhərin digər ərazilərində də davam etdirilməsini arzuladıqlarını bildiriblər.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 May 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri