Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Sumqayıtda dəhşətli olay: Qadın ərini öldürdü, sonra intihara cəhd etdi TƏFƏRRÜAT

Sumqayıtda dəhşətli olay: Qadın ərini öldürdü, sonra intihara cəhd etdi TƏFƏRRÜAT

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Əsmər ailə münaqişəsi zəminində 1984-cü il təvəllüdlü həyat yoldaşı Rəvanı (adlar şərti verilib – red.) qətlə yetirib.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, 9 avqust 2023-cü ildə saat 8 radələrində Əsmər yanvar ayından faktiki ər-arvad münasibətində olduğu Rəvanla evin qonaq otağında mübahisə edib.

Onların mübahisəsi Rəvanın Əsməri evdən qovmaq istəməsi və hamiləliyini sonlandırması tələbi ilə bağlı olub. 2023-cü ilin fevral ayından bəri davam etmiş mübahisə yenidən başlayıb.

Əsmər Rəvanın qarşısında diz çöküb, hamilə vəziyyətində olduğu üçün evdən getmək istəmədiyini deyib, ona yalvarıb. Bütün bunlara, eləcə də 6 aylıq hamiləliyə məhəl qoymayan Rəvan külqabını onun alın nahiyəsinə çırpıb.

Ardınca o, mətbəx bıçağı ilə Əsmərə dərəcəsi təyin olunmayan xəsarət yetirib.

41 bıçaq zərbəsi

Əsmər yataq otağına qaçsa da, Rəvan əlində bıçaqla onun ardınca gəlib. Bıçaqla yenidən vurmaq istəyərkən Əsmər ətir qabını Rəvanın əlinə vurub, bıçaq yerə düşüb.

Rəvan otaqdakı işıq lampasını və ətir qabını qadına çırpıb, ardınca yumruqla vuraraq ona xəsarətlər yetirib. Daha sonra yerdən bıçağı götürüb, vurmaq istəyəndə Əsmər Rəvanın əlini cırmaqlayaraq bıçağı ondan alıb. Üzərinə gəlməsin deyə Rəvana sağ baldır nahiyəsinə xəsarəti yetirib.

Affektogen situasiyada Əsmər əlindəki bıçaqla Rəvanın bədəninin müxtəlif nahiyələrinə vurub. Ümumilikdə 41 ədəd xəsarət alan Rəvan vəfat edib.

İstintaq orqanı tərəfindən Əsmərin barəsində Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsmər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Rəvanla aralarında söz-söhbət varmış, bunun səbəbi Rəvanın övlad istəməməsiymiş:

“Mən Rəvanın ikinci ailəsiyəm. Onun məndən əvvəlki evliliyindən 2 övladı var. Daha övlad istəməməsini səbəbini bilmirəm, özü də mənə bildirməmişdi. Evlilliyimizin əvvəllərində münasibətlərimiz yaxşıydı. Əsəbi insan olduğundan o, tez-tez müxtəlif səbəblərdən əsəbləşir, mənimlə mübahisə edirdi. Həm sərxoş olanda, həm də ayıq vaxtında mübahisəmiz baş verirdi”.

“Hiss elədim ki, ağzı söz tutmur”

Təqsirləndirilən şəxs bildirib ki, mərhumun əvvəllər evli olmasını bilib: “Rəvan uşaqlarına görə yoldaşı ilə əlaqə saxlayırdı. Onlar bir müddət əlaqəni kəsdilər. Hadisədən təxminən 1-2 ay əvvəl yenidən uşaqlara görə bir-biri ilə əlaqə saxlamağa başladılar. Mən bu vəziyyətdən narahat olurdum.

Birgə yaşamağa başladıqdan bir ay sonra söz-söhbətlərimiz, mübahisələrimiz yarandı. Amma mübahisələr bu dərəcədə sərt olmamışdı. Axşam yazışdıq, Rəvanı evə çağıraraq danışıb məsələni aydınlaşdırmalı olduğumuzu söylədim.

Rəvan evə sərxoş gəldi. Fikirləşdim ki, işdən yorğun gəlib, gedib yatsın. Üzərinə çox getmədim. Hiss elədim ki, ağzı söz tutmur, sanki nəyəsə əsəbləşib. Qərara gəldim ki, səhər işə gedəndə onunla danışaram. Səhərə yaxın bu söhbət oldu. Yadımdadı ki, baldızımın yoldaşı işə gedəndən sonra söhbət elədik.

Rəvan ayaqyolundan qayıtdıqdan sonra məsələni açdım. Çalışdım ki, onu yola gətirim, uşağın qalmasına onu razı salım”.

“Heç vaxt üzərimə bıçaqla gəlməmişdi”

Əsmərin sözlərinə görə, Rəvan uşaq istəmədiyini bildirib: “O, əvvəllər məni təhqir etsə də, ona cavab qaytarmamışam. Bətnimdəki uşağa qarğış edəndə dedim, sən kimsən, mənim uşağıma qarğış edirsən? Sən də atasısan, yad deyilsən. O, kül qabını götürərək başıma vurdu, başımdan qan açıldı. Bu anda qorxaraq bıçağı əlimə götürdüm. Onu hədələmək fikrində deyildim. Yalnız üzərimə gəlməyindən qorxdum, polisə şikayət edəcəyimi bildirdim. Bıçaqla qoluna vurdum. O da bıçağı əlimdən almağa çalışdı.

Əvvəllər mübahisələrimiz olsa da, Rəvan heç vaxt üzərimə bıçaqla gəlməmişdi. Qarın nahiyəmə bıçaqla vurmaq istəyəndə məni öldürmək istədiyini başa düşdüm. Amma qarnıma vura bilmədi. Onun əlindən tutdum, bıçağı buraxsın deyə əlinə cırmaq atdım, budundan dişlədim.

Bıçağı əlindən dartdım, bıçaq yerə düşdükdə onu dəstəyindən götürdüm. Rəvan tiyədən tutdu, bıçaq qırıldı, onu kənara atdım.

Yastığın altında olan digər bıçağı ilk mən götürdüm. Rəvan onu əlimdən almağa çalışdı. Bıçaq ortadan qırıldı, səhv etmirəmsə qapının yaxınlığına düşdü”.

Əsmər qeyd edib ki, Rəvan kənara atdığı bıçağı götrürərək yenidən onun üzərinə gəlib: “Mən bıçağı itələmək istəyəndə, necə oldusa, mərhumun boğaz hissəsinə girdi. Hətta arada üç-dörd dəfə baldızımı da səslədim. Rəvan saçımdan tutaraq məni otağa apardı. Qolundan itələmək istəyəndə bıçaq onun boğazına girdi. Qan içərisində olduğundan heç nəyi tam görə bilmədim. Bıçağı ondan necə aldığımı, ona necə vurduğumu xatırlamıram.

Özümə gələndə hər yerin qana bulaşdığını gördüm. Yoldaşımı axtardım, divara söykənmiş vəziyyətdə, səsinin xırıldadığını görüb ona yaxınlaşdım. Məndən su istədi. Ona su içizdirdim, üzünə-gözünə su vurdum. Əvvəl baldızımı çağırmaq istədim. Qardaşını görüb mənə nəsə edəcəklərindən qorxdum.

Rəvan son nəfəsində “uşaq sağ qalıb?” – deyə məndən soruşdu. Nəyə görə bu sualı verdiyini başa düşmədim, yalnız başımla təsdiq etdim. Daha sonra kənara çəkilib uşağın sağ qalmadığını bildirdim.

Paltarımı dəyişərib atama zəng etdim. Daha dəqiq desəm, tutulmamağa görə, yoldaşımı, sevdiyim insanı itirdiyim üçün evdə olan siçan dərmanını içdim. Daha sonra bətnimdə uşaq olduğunu düşündüm, çoxlu su içib siçan dərmanını qaytardım. Atama zəng vurub hadisəni danışdım. Atam da polisə zəng etdi. Əməlimdən peşmanam, himayəmdə bir azyaşlı uşağım var”.

“Çox vaxt restoranda qalıb”

İş üzrə zərərçəkmiş Rəvanın hüquqi varisi qismində ifadə verən qardaşı Vəlinin sözlərinə görə, Rəvanla münasibətləri hər zaman yaxşı olub: “Rəvan ilk dəfə 2014-cü ildə xalam qızı Kəmalə ilə ailə həyatı qurdu. Həmin evlilikdən 2 uşağı oldu. Kəmalə ilə münasibətləri korlandığından 2017-ci ildə boşandılar. 2018-ci ildə oğurluq etdiyinə və aliment ödəmədiyinə görə 2 il müddətinə azadlıqdan məhrum edildi.

2021-ci ildə cəzasını çəkərək qurtardıqdan sonra Corat qəsəbəsində bacım Xumargillə yaşamağa başladı. Həyət bir olsa da, evləri ayrı-ayrıydı.

Rəvan sonradan Corat qəsəbəsində “Antalya” restoranında xalam oğlu Uğurun yanında kababçı işləməyə başladı. Həmin ərəfələrdə çox vaxt restoranda qalırdı”.

“Qadınlara qısqanırdı”

Vəlinin ifadəsinə görə, Rəvan təxminən 2022-ci ilin noyabr ayında Əsmər ilə tanış olublar: “Bir müddət əlaqə saxlayaraq görüşdükdən sonra 2023-cü ilin yanvarında Əsmər Rəvana qoşularaq qaçdı və birlikdə Corat qəsəbəsində yaşamağa başladılar.

Rəvanla Əsmər birlikdə yaşadıqları müddətdə münasibətləri normal olub, aralarında rəsmi nikah bağlanmasa da, molla kəbinləri vardı. Xırda söz-söhbət xaricində hər hansı ciddi münaqişələri olmamışdı. Hətta arabir səs-küy eşidən bacım onların yanına gəldikdə, Əsmər heç bir problem olmadığını söyləyirdi.

Bir müddət sonra Əsmər hamilə olduğundan anasıgilə getdi. Təxminən 3-4 gün sonra evə qayıtdı. Onun bir qədər dəyişdiyini gördük. Günün çox hissəsini halsız şəkildə fikirli-fikirli gəzirdi. Tez-tez Rəvanı həm birinci ailəsinə, həm də başqa qadınlara qısqanırdı. Rəvanın internetdən çox istifadə etməsinə də əsəbiləşirdi”.

“İntihara cəhd etməyib”

Hüquqi varis qeyd edib ki, 9 avqust 2023-cü ildə təxminən saat 10 radələrində adını xatırlamadığı qohumlardan kimsə ona zəng vurub, Əsmərlə Rəvanın dalaşdığını söyləyib: “Rəvangilin evinə çatanda həyətdə çoxlu polis gördüm. Orada Əsmərin Rəvanı bıçaqlayaraq öldürdüyünü öyrəndim.

Rəvan Əsməri heç vaxt döyməyib. Lakin arabir Əsmər qısqanaraq irad bildirdikdə Rəvan onu zarafatca vurub. Amma hər hansı xəsarət yetirməyib. Əsmər Rəvanı öldürməklə heç vaxt hədələməyib, amma təxminən iyul ayında qısqanclığı ucbatından Rəvanın əlindən telefonunu alanda Rəvan telefonu vermədiyi üçün bıçaqla onun qoluna xəsarət yetirib. Rəvanla yaşadığı müddətdə Əsmər heç vaxt intihara cəhd etməyib”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsmər 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, baxılması üçün işin birinci instansiya məhkəməsinin hazırlıq iclasına qaytarılmasını istəyib.

Bundan başqa, təqsirləndirilən şəxsin vəkili tərəfindən də apellyasiya şikayəti verilib. Vəkil müvəkkilinin himayəsində azyaşlı uşağın nəzərə alınmasını, uşağın yaşının 14-ə çatana kimi təyin olunan cəzanın təxirə salınmasını istəyib.

Hər iki tərəfin şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Şikayətlərin heç biri təmin olunmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Mart 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri