Icma.az
close
up
RU
Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsindən daha bir görüş Sumqayıtda keçirilib

Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsindən daha bir görüş Sumqayıtda keçirilib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi çərçivəsində nəşr olunan eyniadlı kitabın növbəti təqdimat mərasimi Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində baş tutub.

525.az xəbər verir ki, DGTYB və GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihənin rəhbəri İntiqam Yaşar layihənin məqsədindən, gənc ədiblərin yaradıcılığına göstərilən diqqət və dəstəyin əhəmiyyətindən danışıb. O bildirib ki, layihə Azərbaycan ədəbi mühitində gənclərin daha yaxından tanınmasına və ədəbi irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, tədbirin fəxri qonağı şair Ramiz Qusarçaylı, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, “Tərəqqi” medalı və “Şöhrət” ordeni laureatı, Prezidentin fərdi təqaüdçüsü şair Ofelya Babayeva çıxış edərək layihənin əhəmiyyətindən, gənclərin ədəbiyyata marağının artırılmasının vacibliyindən söz açıblar.

Tədbirin fəxri qonağı, AYB Quba bölməsinin sədri Ramiz Qusarçaylı və gənc yazarlar kitabda yer alan yaradıcılıq nümunələrini səsləndiriblər.  
Tədbirdə həmçinin GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin sədri Sevinc Qasımova, Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və Dünya Gənc Türk Yazarlar Birliyinin başqan müavini, layihənin koordinatoru Ayşən Rəhim çıxış edərək layihənin həyata keçirilməsi prosesindən, görülən işlərdən və gələcək planlardan bəhs ediblər.

Təqdimat mərasimində DGTYB üzvləri – şairlər Elçin Mühərrəm, Nicat Hunalp, Ariz Alpsoy, Gözəl Az Ay, Azər Xalıqoğlu, Vasif Şükür, həmçinin digər ziyalılar Polad İbrahimoğlu və Qulu Əlioğlu da iştirak ediblər. Kitabda yazıları yer alan müəlliflər şeirlərini səsləndiriblər. 

Tədbir çərçivəsində həmçinin rəssam İsmayıl Cabbarovun rəhbərliyi ilə gənc rəssamların Türk dünyası ədəbiyyatı mövzusunda sərgisi nümayiş olunub. 

Sonda müəlliflər kitab imzalayıb, ədəbiyyat haqqında fikir mübadiləsi aparılıb,  layihədə yer alan müəlliflərə təltiflər təqdim edilib. Tədbirə xatirə fotolarının çəkilməsi ilə yekun vurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyun 2026 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri