Icma.az
close
up
RU
Sumqayıtda əhalinin və ərazilərin fövqəladə hallardan qorunması məsələləri müzakirə edilib

Sumqayıtda əhalinin və ərazilərin fövqəladə hallardan qorunması məsələləri müzakirə edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən “Əhali və ərazilərin fövqəladə hallardan qorunması və mülki müdafiə sahəsində aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda müşavirə keçirilib.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirənin keçirilməsində əsas məqsəd əhali və ərazilərin fövqəladə hallardan qorunması, mülki müdafiənin təşkili və bu sahədə yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, eləcə də təhsil müəssisələrinin rəhbərləri ilə qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi olub.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aydın Rəhimov, FHN-in yerli qurumlarının nümayəndələri, eyni zamanda, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının səlahiyyətli şəxsləri və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev keçirilən müşavirənin əhəmiyyətindən danışıb, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov fövqəladə hallar zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini bildirib.

Daha sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev yanğınların başvermə səbəbləri və nəticələrindən, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərdən və mövcud problemlərdən söz açıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aydın Rəhimov təhsil müəssisələrinin fövqəladə hallar sahəsində Sumqayıt Regional Mərkəzi ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Sumqayıt Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik-leytenant Bəxtiyar Babayev idarə, müəssisə və təşkilatlarda mülki müdafiənin təşkili, fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydaları və bu sahədə görülmüş işlər, mövcud problemlər və qarşıda duran məsələləri müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

Sonda “Təhsil müəssisələrində yanğın təhlükəsizliyinə dair bəzi qaydalar” adlı videoçarx nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri