Sumqayıtda keçirilən stolüstü tennis üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sumqayıtda 2014-cü il təvəllüdlu və daha azyaşlı idmançılar arasında keçirilən stolüstü tennis üzrə ölkə çempionatının qalibləri müəyyənləşib.
Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə, “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər.
100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb. Oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutublar.
Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olublar.
Fərqlənən idmançılara Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 23 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















