Sumqayıtda kombi partlayışında yaralananların son durumu
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
12.03.2026-cı il tarixində saat 21:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yanıq xəsarətləri səbəbilə 2 nəfər (kişi) hospitalizasiya olunub.
Sumqayıt Tibb Mərkəzindən "Unikal"a verilən məlumata görə, zəruri tibbi xidmətlər göstərilən hər iki şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Boyunun, üzün, hər iki əl barmaqların II-III dərəcəli termiki alov yanığı diaqnozları təyin olunan pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.
Qeyd edək ki, hadisə dünən səhər saatlarında Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən binalardan birində baş verib. Belə ki, kombi təmiri zamanı partlayış olub. Usta və ev sahibi yanıq xəsarətləri alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 Mart 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















