Icma.az
close
up
RU
Sumqayıtda məmurun müsadirə etdiyi meyvələr qaytarıldı

Sumqayıtda məmurun müsadirə etdiyi meyvələr qaytarıldı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində bir video sürətlə yayılır. Minlərlə paylaşım, on minlərlə şərh, rəy… Mətbuat da məsələyə biganə qalmayıb, bu mövzunu geniş işıqlandırıb.

Videodan məlum olan odur ki, məkan Sumqayıt şəhəridir. Burada hansısa məmur küçədə meyvə-tərəvəz satan vətəndaşla kobud formada danışır, ondan meyvə-tərəvəzi yığışdırmağı tələb edir, lakin bununla da kifayətlənmir. Həmin şəxsdən meyvə yeşiklərini məmuru müşahidə edən avtomobilə yükləməyi tələb edir: “Səki piyadalar üçündür, burada satırsansa, almalar sənin deyil”.

Elə videonu məşhurlaşdıran da bu nüansdır. Məlum məsələdir, insanlar məmurun hərəkətlərini qınayır, həmin vətəndaşa dəstək ifadə edirlər.

Amma görüntülərdə bu hərəkəti edən vəzifəli şəxsin və onun “qurbanına” çevrilən vətəndaşın kimliyi məlum deyil.

Globalinfo.az xəbər verir ki, “Yeni Sabah”ın əməkdaşı məsələnin təfərrüatını öyrənmək üçün hadisə yerində olub:

Hadisə Sumqayıtın 18-ci mikrorayonu ərazisində baş verib. Bura şəhərin mərkəzi deyil, amma əsas yolun kənarında yerləşir. Reyddən sonra küçə boşaldılıb, hazırda çöldə piştaxtalar yoxdur. Mağaza isə adi qaydada işləyir.

Satıcı danışmaq istəmir

Satıcı ilə həmsöhbət olduğum zaman içəri girən müştərilərin hamısı bir ağızdan baş verən hadisədən xəbərdar olduqlarını deyirdilər. Onlar satıcının bu məsələdə haqlı olduğunu bildirdilər, məmuru qınayırdılar.

Satıcı ilə həmsöhbət oluram, ad-soyadını deyir. Amma bir şərtlə ki, yazmayım. O, danışmaq, müsahibə vermək istəmir. Hətta fotosunu da çəkməyə razılaşmır, baxmayaraq ki, onun görüntüsü bütün ölkədə yayılıb. Dediklərindən məlum olur ki, mağaza başqa sahibkara məxsusdur, burada satıcı işləyir:

“Mən burada satıcıyam, nəsə danışmaq istəmirəm. Hadisəni hamı görüb”, – təxminən 30-35 yaşlı kişi deyir.

Onun sözlərinə görə, danışmaq istəməməsinin bir səbəbi də məmurun avtomobilə yüklətdiyi meyvələrin geri qaytarılmasıdır:

“Məsələ elə həmin gün həllini tapdı. Təxminən bir saat sonra meyvələrimizi geri qaytardılar. Elə həmin avtomobildə gətirib özümüzə verib getdilər. Şikayətimiz yoxdur”.

Əvvəllər də belə hal olub…

Ondan mağaza sahibinin telefonunu alıram, zəng edib, görüşmək, hadisə ilə bağlı müsahibə almaq istədiyimi deyirəm. Lakin o da danışmaqdan imtina edir. Dediklərindən məlum olur ki, obyekt başqasına məxsusdur, icarəyə götürüb.

“Bu obyekt 5 ildir işləyir. Bundan əvvəl də 2-3 dəfə gəlib səkinin üzərinə mal yığmamaqla bağlı xəbərdarlıq ediblər. Biz də içəri yığmışıq. Amma heç vaxt malları yığıb aparmamışdılar. Bu dəfə götürüb apardılar və sonra qaytardılar. Reydi edən şəxsi tanımıram. Amma bilirəm ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşıdır”.

Məmurun kimliyi gizli saxlanılır

Satıcıyla kobud davranan və mallarını müsadirə edib aparan məmurun kimliyini, onun məsələyə dair mövqeyini öyrənmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayırıq. Amma onun adını demirlər. Yalnız onu bildirirlər ki, reyd tədbirləri zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri