Sumqayıtda məşhur ucuz market bağlanır? Sakinlər məyusdur
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sumqayıtda ucuz qiymətləri ilə tanınan “Hiper Market”in fəaliyyətini dayandıracağı və yerində “Tamstore” mağazasının açılacağı iddia olunur.
“Bakupost” xəbər verir ki, marketin giriş qapısına “Tezliklə Tamstore” yazılmış elan vurulub.
Bu xəbər şəhər sakinləri arasında narazılığa səbəb olub. Sakinlər deyirlər ki, “Hiper Market” münasib qiymətləri ilə digər mağazalardan seçilirdi və şəhər sakinlərinin tez-tez üz tutduğu ünvanlardan biri idi.
Sial şəbəkə istifadəçiləri şəhərdə iri market şəbəkələrinin sayının artmasının kiçik və daha münasib qiymətlərlə satış edən mağazaların bazardan sıxışdırılmasına səbəb olduğunu düşünür.
Xamməmməd Quliyev yazır: “Tamstore gəlsə, batdıq, bahaçılıqdır”.
Elvin Əzimzadə isə xəbərə belə münasibət bildirib: “Tamstore üçün yer qəhətdir ki, ucuz marketləri bağlayırlar? O qədər kasıb insan oradan alış-veriş edirdi. Nə olacaq onların sonu? Bu adamları düşünən yoxdur”.
Qeyd edək ki, hələlik “Hiper Market”in bağlanacağı ilə bağlı rəsmi açıqlama yoxdur.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 07 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















