Icma.az
close
up
RU
Sumqayıtda müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək mövzusunda tədbir keçirildi FOTOLAR

Sumqayıtda müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək mövzusunda tədbir keçirildi FOTOLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Sumqayıt Gənclər Evində “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, bu barədə Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri Növrəstə Yusifova məlumat verib. Onun sözlərinə görə, tədbir Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra layihənin rəhbəri, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova çıxış edərək layihənin məqsədi, fəaliyyət istiqamətləri və donor təşkilat barədə iştirakçılara ətraflı məlumat vermişdir. O bildirib ki, layihənin əsas hədəfi Ermənistanın hərbi təcavüzü nəticəsində sağlamlıq imkanlarını itirmiş şəxslərə və müharibə veteranlarına hüquqi və psixoloji dəstək göstərməkdir.

Qeyd olunub ki, layihə 3 (üç) ay müddətində Sumqayıt, Xaçmaz və Bakı şəhərlərində icra olunacaq, ümumilikdə 60-dan çox müharibə əlili və veteranı ilə fərdi iş aparılacaq. Görüşlər zamanı iştirakçılara hüquqi məsləhətlər veriləcək, müraciətlərin hazırlanmasında dəstək göstəriləcək, psixoloji dəstək isə fərdi və qrup terapiyaları formasında təqdim olunacaq.

Tədbirdə layihənin hüquqşünası Sədrəddin İsgəndərov, həkim psixoloq Mehriban Qafarova, hüquqi məsləhətçi Tərlan Haclzadə və Qarabağ müharibəsi iştirakçıları iştirak etmişdir.

Sədrəddin İsgəndərov öz çıxışında qeyd etdi ki, “Müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək” layihəsinin əhəmiyyəti təkcə hüquqi maarifləndirmə ilə bitmir. Bu layihə, eyni zamanda, cəmiyyətin ən həssas təbəqələrindən biri olan müharibə iştirakçılarının hüquqlarının müdafiəsi, onların dövlət orqanlarına düzgün və effektiv müraciət imkanlarının yaradılması baxımından da önəmlidir.

Ekspert olaraq əsas məqsədimiz müharibə veteranlarının hüquqi maarifləndirilməsi, onların rastlaşdığı problemlərin qanunvericiliyə uyğun həlli yollarını təqdim etmək, eləcə də aidiyyəti qurumlarla əlaqələndirmə işini asanlaşdırmaqdır. İnanıram ki, layihə çərçivəsində aparılacaq hüquqi dəstək işləri faydalı olacaq və iştirakçıların gündəlik həyatlarında real dəyişikliklərə səbəb olacaq.

Layihənin həkim psixoloqu Mehriban Qafarova əvvəlcə bu dəyərli layihədə yer almaq imkanına görə təşkilatçılara və donor quruma təşəkkürünü bildirirək, qeyd etdi ki, bildiyiniz kimi, müharibə yalnız fiziki deyil, həm də dərin psixoloji izlər buraxır. Müharibə iştirakçılarının bir çoxu posttravmatik stress, yuxusuzluq, narahatlıq, aqressiya və digər psixoloji çətinliklərlə mübarizə aparır. Bu layihə məhz həmin problemlərin aradan qaldırılması və ya yüngülləşdirilməsi məqsədilə həyata keçirilir.

Biz bu müddət ərzində həm fərdi, həm də qrup terapiyaları vasitəsilə iştirakçılara psixoloji dəstək verəcəyik. Eyni zamanda, ehtiyac olduğu halda onların ailə üzvləri ilə də işləyəcəyik, çünki sağlam psixoloji mühit yalnız fərdlə deyil, bütövlükdə ailə ilə qurula bilər.

Ümid edirəm ki, bu görüşlər nəticəsində iştirakçılar öz daxili güclərini daha yaxşı tanıyacaq və həyat keyfiyyətlərini yüksəltmək üçün yeni yollar kəşf edəcəklər.

Çıxışlar zamanı layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər – hüquqi məsləhətlər, fərdi və qrup psixoloji seanslar, eləcə də ailədaxili münasibətlərin stabilləşdirilməsinə yönəlmiş tədbirlər barədə ətraflı müzakirələr edilmişdir.

Sonda Layihənin rəhbəri Növrəstə Yusifova layihənin donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri