Icma.az
close
up
RU
Bakı şəhərində müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək tədbiri keçirildi FOTOLAR

Bakı şəhərində müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək tədbiri keçirildi FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərində “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.

"Cebheinfo.az" QHT.az istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Qarabağ əlilləri ilə şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır. Daha sonra layihə rəhbəri, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova çıxış edərək layihənin məqsədi, fəaliyyət istiqamətləri və donor təşkilat haqqında geniş məlumat vermişdir. Növrəstə Yusifova bildirmişdir ki, layihənin əsas məqsədi Ermənistanın hərbi təcavüzü nəticəsində sağlamlıq imkanlarını itirmiş şəxslərə və müharibə veteranlarına hüquqi və psixoloji dəstək göstərməkdir.

Qeyd olunmuşdur ki, layihə artıq Sumqayıt və Xaçmaz şəhərlərində icra olunmuş, hazırda isə Bakı şəhərində davam etdirilməkdədir. Layihə çərçivəsində ümumilikdə 60-dan çox müharibə əlili və veteranı ilə fərdi iş aparılması nəzərdə tutulur. Görüşlər zamanı iştirakçılara hüquqi məsləhətlər veriləcək, müraciətlərin hazırlanmasında dəstək göstəriləcək, psixoloji yardım isə fərdi və qrup terapiyası formatında təqdim olunacaqdır. Layihənin sonunda hüquqşünas və psixoloq tərəfindən görülən işlərə dair hesabat hazırlanacaqdır.

Tədbirdə layihənin hüquqşünası Sədrəddin İsgəndərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü İradə Rzazadə, Qarabağ müharibəsi iştirakçıları və digər qonaqlar iştirak etmişdir.

Çıxışı zamanı Sədrəddin İsgəndərov layihənin yalnız hüquqi maarifləndirmə ilə məhdudlaşmadığını, həmçinin müharibə iştirakçılarının hüquqlarının müdafiəsi və dövlət qurumlarına effektiv müraciət imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hüquqşünas tərəfindən iştirakçıların ən çox qarşılaşdığı aşağıdakı problemlər diqqətə çatdırılmışdır:

əlilliyin dayandırılması və ya əlillik dərəcəsinin alınmasında çətinliklər;

mənzil təminatı ilə bağlı müraciətlər, o cümlədən ailə tərkibinin artması səbəbindən verilmiş mənzillərin genişləndirilməsi ehtiyacı;

məhkəməyə müraciət prosedurlarında üzləşilən çətinliklər;

işsizliklə bağlı müraciətlərin həllində yaranan problemlər;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş avtomobillərin idarə edilməsi zamanı polis tərəfindən saxlanılaraq sürücülük vəsiqəsinin tələb olunması halları.

İradə Rzazadə çıxışında bu problemlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şurada da müzakirə edildiyini, aidiyyəti dövlət qurumlarına təqdim olunduğunu bildirmişdir. O, həmçinin əlilliyi olan şəxslərin dövlət tərəfindən pulsuz reseptlə verilən dərmanları əldə etməsində və özünəməşğulluq proqramına müraciətlərdə üzləşdikləri çətinliklərə diqqət çəkib. Bu problemlərlə bağlı təmsil olunduğu ictimai şurada da müzakirə olunub aidiyyəti quruma da müraciət olunacağı barədə də məlumat verdi.

Tədbir sual-cavab sessiyası və müzakirələrlə davam etmiş, iştirakçılar tərəfindən Qarabağ əlilləri və veteranlarının tez-tez üzləşdiyi problemlər və müraciət edilə biləcək dövlət qurumları barədə fikir mübadiləsi aparılmışdır.

Sonda layihə rəhbəri Növrəstə Yusifova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Avqust 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri