Icma.az
close
up
RU
“Müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək” layihəsinin yekun tədbiri keçirildi FOTOLAR

“Müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək” layihəsinin yekun tədbiri keçirildi FOTOLAR

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bakı şəhərində “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək” layihəsinin yekun tədbiri baş tutdu.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, bu barədə Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri Növrəstə Yusifova məlumat verib. Onun sözlərinə görə, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıldı. Ardınca layihə rəhbəri, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova çıxış edərək layihənin məqsədləri, fəaliyyət istiqamətləri və əldə olunan nəticələr barədə məlumat verdi. Yekun görüşdə layihənin hüquqşünası Sədrəddin İsgəndərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü İradə Rzazadə, eləcə də Qarabağ müharibəsi iştirakçıları iştirak etdilər.

Çıxışında Sədrəddin İsgəndərov layihənin yalnız hüquqi maarifləndirmə ilə məhdudlaşmadığını, həm də müharibə iştirakçılarının hüquqlarının qorunması, dövlət qurumlarına müraciət imkanlarının artırılması və real problemlərin həllinə dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

İradə Rzazadə isə layihə çərçivəsində qaldırılan məsələlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şurada da müzakirəyə çıxarılacağını və müvafiq dövlət qurumlarına təqdim ediləcəyini qeyd etdi.

Tədbir zamanı canlı bağlantı vasitəsilə müraciət edən şəxslər dinlənildi, onların üzləşdiyi problemlər müzakirə olundu və aidiyyəti qurumlara yönləndiriləcək qeydlər aparıldı. Qeyd edildi ki, layihə başa çatdıqdan sonra da müharibə əlilləri və veteranlarının məsələləri diqqətdə saxlanılacaq.

Sonda layihə rəhbəri Növrəstə Yusifova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri