Icma.az
close
up
RU
Sumqayıtda müəllimlər üçün məlumatlandırma sessiyası keçirildi Foto

Sumqayıtda müəllimlər üçün məlumatlandırma sessiyası keçirildi Foto

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində attestasiya keçiriləcək.

Dekabrın 10-da Sumqayıt şəhərindəki "Kimyaçı" Mədəniyyət Sarayında bununla bağlı məlumatlandırma sessiyası keçirilib.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sistemli islahat yönümlü işlərin həyata keçirildiyindən, Nazirliyin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası çərçivəsində 2024/2025-ci tədris ili üçün məktəblərə təhsilalanların qəbulu prosesinin ilk dəfə olaraq elektron qaydada həyata keçirildiyindən danışıb.

Eyni zamanda qeyd edib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 158 müəllim işə qəbul edilib. Qəbul prosesi ilk dəfə olaraq “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 faizi ali təhsillidir. Müəllimlərin peşə bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin 2025-ci il fevralın 3-də başlayacağını bildirən nazir müşaviri söyləyib ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional mədəniyyət idarələri üzrə ilin sonunadək prosesin yekunlaşdırılması planlaşdırılır. İlkin mərhələdə ümumilikdə 4100 müəllimin peşəkarlıq bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb. Proqramlar artıq nazirliyin culture.gov.az rəsmi səhifəsində də yerləşdirilib.

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Eldar Qocayev attestasiyanın hüquqi əsasları, habelə attestasiyası keçirilməyən işçilər haqqında məlumat verib.

Sonda Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki təhsil ocaqlarının direktor, direktor müavinləri və müəllimləri müəssisələrin maddi-texniki bazasının genişləndirilməsi, yeni dərslik və dərs vəsaitlərinin nəşri və s. məsələlərlə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin peşəkar bilik və bacarıqlarının ölçülməsi ilə bağlı ilk məlumatlandırma dekabrın 6-da Bakıdakı Muzey Mərkəzində keçirilmişdir, növbəti həftə Xırdalan şəhərində müəllimlərlə görüş keçirilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 10 Dekabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri