Icma.az
close
up
RU
Sumqayıtda obyekt tikintisinə görə ağacları kəsdilər Baş Prokurorluğa müraciət edildi

Sumqayıtda obyekt tikintisinə görə ağacları kəsdilər Baş Prokurorluğa müraciət edildi

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb.

İdarənin rəisi Asif Məcidov "Unikal"a bildirib ki, aparılan araşdırma zamanı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeyri-yaşayış obyektinin tikintisi aparılan ərazidə tikinti ətrafına çəkilmiş hasarın daxilində 3 ağacın zədələndiyi, eyni zamanda ekoloji ekspertiza rəyinin tələblərinə əməl edilmədiyi müəyyən edilib. Faktla bağlı tikintiyə cavabdeh şəxs Zamiq Şıxəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 541-ci maddələrinə əsasən inzibati protokol tərtib edilib və o, fiziki  şəxs qismində 900 manat məbləğində cərimə olunub.

“Eyni zamanda, hasarın kənarında 15 ağacın kəsildiyi və nəticədə təbiətə 7200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.  Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış  materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və mühafizəsinin təmin olunması məqsədilə iş icraçısına təhvil verilib”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri