Sumqayıtda valideynlərini öldürərək ömürlük cəza alan şəxslə bağlı QƏRAR
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıt Apellyasiya Məhkəməsində ata və anasını öldürməkdə təqsirləndirilən Fikrət Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə ötən ilin aprel ayında Sumqayıtda baş verib. 24 yaşlı Fikrət Məmmədov aralarında yaranmış mübahisə zamanı 62 yaşlı atası Hakim Məmmədov və anası Zərifə Məmmədovanı bıçaqlayaraq öldürüb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9-cu maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət Məmmədov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Kamal Məmmədov

