Icma.az
close
up
RU
Sumqayıtda Xalq yazıçısı ilə görüş

Sumqayıtda Xalq yazıçısı ilə görüş

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıtydakı Heydər Əliyev Mərkəzində dünyaca məşhur detektiv yazıçısı, AYB-nin birinci katibi Çingiz Abdullayevlə görüş keçirildi. Mərkəzin AYB Sumqayıt bölməsi ilə təşkil etdiyi məclisə ziyalılar, gənc yazarlar, tələbələr və ədəbiyyatsevərlər toplaşmışdı.

Görüşün aparıcısı yazıçı-ssenarist, kulturoloq Hafiz Ataxanlı Çingiz Abdullayevin yaradıcılığı, Azərbaycan və dünya ədəbiyyatındakı yeri, detektiv janrının xüsusiyyətləri barədə geniş məlumat verdi. O bildirdi ki, Xalq yazıçısı Çingiz Abdullayevin əsərləri dünyanın 30-dan artıq ölkəsində nəşr olunub. 150-yə qədər roman və povestin müəllifi kimi dünyada maraqla oxunan beynəlxalq “statuslu” yazıçıdır. Böyük həvəslə mütaliə olunan yazıçının kitablarının ümumi tirajı artıq çoxdan 25 milyonu keçib. Təsadüfi deyil ki, hüquq elmləri doktoru, Beynəlxalq Ədəbiyyat Fondunun sədri, bir çox respublika və nüfuzlu beynəlxalq mükafatların laureatı olan Çingiz Abdullayevin oxucularla vaxtaşırı görüşləri keçirilir, hər kəs həmin görüşlərdə böyük həvəslə iştirak edir.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Əməkdar müəllim Ofelya Babayeva, yazıçı Hümbət Həsənoğlu, şair İbrahim İlyaslı, “Riyakarın iflası” kitabının redaktoru Təbəssüm Muxtarova, tərcüməçisi Minurə İsmayılova və başqaları çıxış edərək yazıçının Azərbaycan ədəbiyyatının tanıdılmasında mühüm rol oynadığını qeyd edərək, belə görüşlərin gənclərin ədəbiyyata marağının artırılmasına xidmət etdiyini bildirdilər.

“Şöhrət” ordenli Xalq yazıçısı Çingiz Abdullayev oxucuların suallarını cavablandırdı, yaradıcılıq planlarından danışdı və gənclərə mütaliənin əhəmiyyətini açıqladı.

Görüşün sonunda müəllif yeni kitablarını oxucular üçün imzaladı.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri