“Sumqayıt”ın basketbolçusu: “İlk dəfə qardaşım Ercana qarşı oynayacağam” İdman və Biz
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Yeni oyunçuların gəlməsi, komandada bəzi dəyişikliklərin həyata keçməsi bizim çıxışımıza müsbət təsir göstərdi”.
İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın mərkəz oyunçusu Saadettin Donat klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, son vaxtlar öz çıxışında müəyyən problemlər olduğunu etiraf edib: “Oyunumda ən böyük nöqsan hər matç fol problemi ilə üzləşməyimdir. Bunun da öz obyektiv səbəbləri var. Çünki, əsasən əvəzlənmədən oynayıram. Hər epizod uğrunda mübarizə aparıram. Bu da tez-tez bir matçda fol limitini doldurmağımla nəticələnir”.
Donat bu tur “Şəki” ilə oyunda qardaşı Ercana qarşı oynayacağına görə həyacanlı olduğunu söyləyib: “İlk dövrədə “Lənkəran”la matçda zədələndiyimdən 3-cü turda səfərdə “Şəki”yə qarşı oynaya bilmədim. Həmin görüşdə də 40 xal fərqi ilə uduzmuşduq. Bu dəfə “Şəki”yə qarşı meydana çıxacağam. Bu matç həm də mənim üçün böyük önəm kəsb edəcək. Çünki, karyeramda ilk dəfə qardaşım Ercana qarşı oynayacağam. Buna görə çox həyacanlıyam”.
Qeyd edək ki, “Sumqayıt”-“Şəki” matçı bu gün saat 17:00-da start götürəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 22 Dekabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















