Icma.az
close
up
RU
“Sumqayıt”ın gürcüsü: “Azərbaycan çempionatının səviyyəsi gözlədiyimdən…”

“Sumqayıt”ın gürcüsü: “Azərbaycan çempionatının səviyyəsi gözlədiyimdən…”

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Sumqayıt" cari mövsüm üçün heyətinə qatdığı legionerlərdən biri də Giorgi Karaişvilidi. Vaxtilə Gürcüstan millisinə də dəvət alan 29 yaşlı mərkəz yarımmüdafiəçisi 6 oyunda yığmanın şərəfini qoruyub və bir qolun müəllifi olub. Karyerası ərzində Vətənində Tbilisi "Dinamo"sunun, İsveçdə "Heteborq"un, Macarıstanda  "Ferentsvaroş"un, Türkiyədə "Kocaelispor"in şərəfini qorumuş futbolçu Sport24.az-ın suallarını cavablndırıb.

- "Sumqayıt"a mövsümün gedişində qoşuldun. Tam formaya düşmüsən?

- Təəssüf ki, hələ yox. Tam formaya düşmək üçün müəyyən vaxta ehtiyacım var. İnanıram ki, qısa vaxtda buna nail olacam.  

- Karyeran ərzində müxtəlif klubların formasını geyinmisən. "Sumqayıt"da özünü necə hiss edirsən?

- Çox rahat. Çox mehriban kollektivimiz var. Səmimi deyirəm, komanda da ailə mühiti hökm sürür. Bu səbəbdən "Sumqayıt"da özümü heç də yad hiss etmirəm. Sanki neçə illərdi bu komandanın bir üzvüyəm. 

-  Macarıstan, İsveç, Gürcüstan, Türkiyə çempionatlarında çıxış etmisən. Çempionatımızın səviyyəsi barədə fikirlərini bilmək maraqlı olardı...

- Bəli, adını qeyd etdiyiniz ölkələrdə legioner həyatı yaşamışam. Hər birinin özünəxas ab-havası var. Çıxış etdiyim ölkələrlə Azərbaycanı müqayisə etmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, Azərbaycan çempionatının səviyyəsi  gözlədiyimdən daha yüksəkdi.

- Burda olduğun müddətdə artıq bütün elita klubları ilə qarşılaşmısız. Premyer Liqada oyununu bəyəndiyin komanda hansıdı?

- Əlbəttə ki, öz komandam… "Sumqayıt"I hamsından çox bəyənirəm. Amma onu da qeyd edim ki, digər 9 klubun da  özünə görə üstün və zəif cəhətləri var.

- Yaxşı onda onda sualı belə qoyaq. Çempionatımızda  bəyəndiyin və xoşuna gəlməyən məqamlar? Hakimlik, təşkilatçılıq, infrastruktur, azarkeşlər necədi?

- Bu suala nə cavab verəcəyimi bilmirəm, çünki heç vaxt bu barədə düşünməmişəm. İşimi sevirəm və həmişə çalışmışam ki, çıxış etdiyim çempionata  uyğunlaşəm.

- Qısa vaxtda iki baş məşqçinin rəhbərliyi altında çıxış etmək imkanın olub. Vaqif Cavadovla Samir Abasov arasında nə fərq var?

- Hər iki məşqçi çox tələbkar və qarşıya qoyulan məqsədə çatmaq istəyən mütəxəssisdi. Mənim üçün onların hər ikisi işləmək rahatdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Noyabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri