“Sumqayıt”ın yeni legioneri: “Heyətin kasad olması işimizi çətinləşdirir”
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Qarabağ"a qarşı yaxşı oynadıq. Əlbəttə, üzərində işləməli olduğumuz məqamlar var. Amma hələ mövsümün ikinci oyunudur və hər oyundan-oyuna bu detalları yaxşılaşdıracağıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın yeni legioneri Jeam Oliveyra deyib.
Brazilyalı futbolçu komandasının Misli Premyer Liqasının 3-cü turunda "Qarabağ"a məğlub olduğu oyunu şərh edib:
"Qarabağ" 11 nəfərlə oynayanda da matça nəzarət edən biz idik. Rəqibin futbolçusu qovulduqdan sonra daha ehtiyatlı oynamağa başladılar və əks-hücumlara üstünlük verdilər. Penaltini də belə əks-hücumların birində, fərdi epizod nəticəsində qazandılar. Qol buraxdıqdan sonra da cəhdlərimizi davam etdirdik, amma onlar müdafiədə çox yaxşı təşkilatlandığı üçün qol vura bilmədik".
31 yaşlı futbolçu heyətin kasad olmasının komanda üçün yaratdığı çətinliklərdən söz açıb:
"Heyətin kasad olması müəyyən qədər çətinlik yaradır. Çünki məşqçinin öz strategiyası var və onu tətbiq etmək üçün futbolçular lazımdır. Məsələn, oyun sistemini dəyişmək, oyun ərzində fərqli gedişlərdən istifadə etmək... Bəzən oyunun sürəti aşağı olur və məşqçiyə sürətli futbolçu lazım olur, yaxud əksinə. Bəzən isə daha çox topa sahib olmaq istəyirik. Bu tapşırıqları həyata keçirmək üçün futbolçular lazımdır və heyət kasad olanda bu, işimiz bir qədər çətinləşir. Amma dediyim kimi, bu, hələ mövsümün cəmi ikinci oyunudur. Biz çox inkişaf edəcəyik və əminəm ki, əla mövsüm keçirəcəyik".
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı qonaqların minimal hesablı (0:1) qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 03 Sentyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















