Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Sumqayıt”la “Səbail” cəzalanmadı, De Blekere günahı İnqilab Məmmədovun boynuna yıxdı

“Sumqayıt”la “Səbail” cəzalanmadı, De Blekere günahı İnqilab Məmmədovun boynuna yıxdı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Cəmi 16 sarı vərəqənin göstərildiyi, heç kimin meydandan qovulmadığı, “Sumqayıt”la “Səbail”in intizam sanksiyasına məruz qalmadığı turun səliqəli keçdiyini iddia etmək üçün əlimizdə hər cür əsas var.

"Football-plus.az" xəbər verir ki, yalnız bir oyun ciddi narazılıq doğurdu. Söhbət “Sabah” – “Turan Tovuz” qarşılaşmasından gedir. Bakılıların qələbə topunu vurduğu qolun əvvəlində meydanın onlara aid hissəsində Amin Seydiyev Rəhim Sadıxova qarşı kobudluq etdi, hakim bu anı gözdən qaçırdı, autdan oyundd daxil edilən top məhsuldar hücuma səbəb oldu. Hakimlər Komitəsinin sədri Frank De Blekere oyundan sonra “VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz” deməklə məsuliyyəti İnqilab Məmmədovun boynuna qoydu.
Şamaxı – Sumqayıt, RƏVAN HƏMZƏZADƏ
Bu komandaların çətin günlərdən keçməsi Şamaxıda gərgin oyun izləyəcəyimizdən xəbər verirdi. Belə də oldu. Qonaqların 1-ci, meydan sahiblərinin 2-ci hissədə üstün çıxış etməsi “şirlər”in qələbəsiylə nəticələndi. Və bu dəfə də şamaxılı azarkeşlər hakimi rahat buraxmadı. İş orasındadı ki, xeyli epizoda görə onlara haqq vermək olar. Axı Həmzəzadə “gənclik şəhəri”nin təmsilçisinin xüsusilə 2-ci yarıda kobud oyun tərzinə, demək olar ki, müdaxilə etmədi. O, yalnız “Şamaxı”nın futbolçularını cəzalandırdı. Meydan sahibləri qələbə qazanmasaydı, Rəvan bəy ciddi qınağa məruz qalacaqdı.
Zirə - Neftçi, ƏLİYAR AĞAYEV
Bu prinsipial oyunu məhz FİFA referisi diarə etməliydi. Özü də qüsursuz. Ağayev əvvəldən axıra qədər bunu bacarmaq üçün əlindən gələni əsirgəmədi. O başqa məsələ ki, komandalar da referiyə kömək etdi. Ağayev rəqiblərə ümumilikdə üç sarı vərəqə göstərdi. Tələbkar baş məşqçilərdən sayılan Rəşad Sadıqovla Samir Abasov oyundan sonra idarəçiliyə toxunmadı.
Qarabağ – Səbail, ELÇİN MƏSİYEV
Liderlə autsayderin oyununda ilk 76 dəqiqə komandaların əzmkar oyunuyla müşayiət olunsa da, “Qarabağ” qalan vaxtda “at oynatdı”. Düzü, Elçin bəy bu matçda o qədər də yorulmadı. Oyun ərzində cəmi bir dəfə əlini cibinə salıb Marko Yankoviçə “sarı” göstərən Məsiyev həm bu, həm də “Səbail”in qapısına təyin etdiyi penalti zamanı səhvə yol vermədi. Nə cərimə meydançası daxilində Leandro Andradeni yerə sərən İlkin Muradovu bağışlamaq olardı, nə də Gitay Sofiri kobud müdaxiləylə yıxan Yankoviçi.
Sabah – Turan Tovuz, İNQİLAB MƏMMƏDOV
İnqilab bəyin qərarları oyunboyu qonaqları özünnən çıxardı. Hər komandanın bir qolu sayılmadı. 29-cu dəqiqədə Joarlem Batista topu tora qovuşdursa da, VAR onun sevincini gözündə qoydu. “Sabah”ın vurduğu 3-cü qol isə İvan Lepinitsanın qayda pozuntusu üzündən sayılmadı. Cesse Sekidikanın 61-ci dəqiqədə vurduğu qolu müşayiət edən, De Blekerenin günahı hakimin boynuna yıxdığı epizoda girişdə toxunduq. İş o yerə çatdı ki, adətən, təmkinli görünən Kurban Berdıyev oyundan sonra “mən nəsə deyəcəm və vəziyyət dəyişəcəksə, bu başqa məsələ, yox, dəyişməyəcəksə, danışmağın nə mənası var?” dedi. “Turan Tovuz” isə komandanın mövsüm ərzində hakim səvlərinə görə xallardan məhrum olması ilə bağlı video paylaşdı. İnsafən, bu oyunun idarəçiliyi aşağı səviyyədə idi.
Araz-Naxçıvan – Kəpəz, KAMAL UMUDLU
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Araz-Naxçıvan”ın 1, “Kəpəz”in 3 futbolçusu “sarı” ilə üzləşdi. Azər Bağırov da texniki zona qaydalarını pozduğuna görə sarı vərəqə aldı. Kamal Umudlunun başçılıq etdiyi hakimlər briqadasının nəticəyə təsir edən səhvi olmadı. Ümumiyyətlə, referi qarşılaşmanı qənaətbəxş idarə etdi. Hakimin çiynindəki “yük” də yüngül oldu. Kamal bəyin qərarları və mövqe seçimi doğru idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Fevral 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri