Icma.az
close
up
RU
İnqilab Məmmədovun idarəçiliyi narazılıq doğurdu

İnqilab Məmmədovun idarəçiliyi narazılıq doğurdu

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kəpəz”, “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Neftçi”nin intizam sanksiyası ilə üzləşmədiyini nəzərə alsaq, qalan 8 komandanın futbolçularına 19 sarı, 1 qırmızı vərəqə göstərildi. Yəni oyunların ümumilikdə səliqəli keçdiyini demək çətindi.

İdarəçiliklə bağlı digər qərarlara gəlincə, İnqilab Məmmədov narazılığa səbəbkar oldu.
Qarabağ – Zirə, RƏŞAD ƏHMƏDOV
Hər şey əvvəlcədən bəlli idi: Lissabona yollanmağa hazırlaşan “Qarabağ”ın xal itirməsi sürpriz sayılmayacaqdısa, “Zirə” bunun üçün çox çalışmalıydı. Bu baxımdan hadisələrin axarı heç kimi təəccübləndirmədi. Rəşad Əhmədovun xırda follara göz yumması, oyunun tepminin düşməməsi üçün hər iki tərəfə xeyli güzəşt etməsi dinamik matç izləməyimizə səbəb oldu. Ədalət təmsilçisi yalnız 39-cu dəqiqədə sərt üzünü göstərdi. Axı həqiqətən də, Mmaenin Papunaşvilini kobud müdaxiləylə yerə sərməsinini penaltidən başqa cəzası yox idi! Rəsmi xəbərdarlıqlar isə 2-ci hissəyə təsadüf etdi. Bu da səbəbsiz deyil. Meydan shibləri hesabı bərabərləşdirməyə, qonaqlar isə qələbəni qorumağa çalışırdı ki, belədə qayda pozuntuları qaçılmaz idi. Hər halda, mingəçevirli hakim işinin öhdəsindən gəldi: nə hansısa etiraza səbəb oldu, nə də səhvlə yadda qaldı.
Turan Tovuz – Qəbələ, CAVİD CƏLİLOV
Heç şübhəsiz, bölgə təmsilçilərinin dueli Cavid Cəlilovun karyerasının ən asan sınaqları siyahısına düşdü. Hər iki tərəfin ehtiyatlı oyunu, qayda pozuntusuna yol verməmək üçün əlindən gələni etməsi ədalət təmsilçisi üçün hansısa çətinliyin yaranmamasına gətirib-çıxardı. Çox güman, bunda matçın “Azərsun Arena”da keçirilməsinin də payı var. Axı belədə tovuzlu azarkeşlərin öyrəşdiyimiz təzyiqi xeyli azalıb... Həmçinin Cavid Cəlilov yalnız Kundeyə “sarı” göstərdi. Niyə? Çünki ardıcıl kobudluq edən futbolçunun Souzanı da yerə sərməsi referinin səbr kasasını daşırdı. Qısası, Cəlilov da müzakirə doğuracaq qərar müəllifi olmadı.
Kəpəz - Araz-Naxçıvan, RAUF CABBAROV
Turun açılış oyununu Rauf Cabbarov idarə etdi. Elə də sürətli olmayan, qarşılıqlı hücumların az olduğu oyunu idarə etmək onun üçün çətin deyildi. Sərt oyuna üstünlük verən referi səviyyəsini ortaya qoydu. Sarı vərəqənin olmaması da keyfiyyətdən xəbər verən amillərdəndi. Ümumilikdə bəlkə də turun ən yaxşı idarəçiliyini gördük. Oyunun nəticəsinə təsir edən hansısa səhvə yol vermədi.
İmişli - Sumqayıt, TURAL QURBANOV
Qazon üzündən oyunun keyfiyyəti çox bərbad idi. Belə oyunları idarə etmək isə hakimlər üçün çox ağır olur. Ağır olduğu qədər də asan. Çünki temp aşağı idi. Tural Qurbanov və briqadası bu sınaqdan üzüağ çıxa bildi. Verilən qərarlara heç kimin şübhəsi olmadı - Vieqasdan başqa. Onun sondakı kobudluğu birbaşa qırmızı vərəqə kimi dəyərləndirildi. Doğru qərar idi. Ümumilikdə keyfiyyətsiz oyun fonunda yaxşı idarəçilik görə bildik.
Neftçi - Sabah, İNQİLAB MƏMMƏDOV
Təzadla dolu idarəçilik. Xırda follarda dəfələrlə verilən yanlış qərarlar, oyunun tempinu öldürmək… Birinci hissəyə ən azı 4 dəqiqə artırılmalı olduğu halda, referi 2 dəqiqi ilə kifayətləndi. Maraqlıdı ki, oyunda 3 sarı vərəqə var, burda “Neftçi” futbolçularının adı yoxdu. Penalti epizodu isə təzaddan təzad… Futbol ictimaiyyətinin 80 faizi penalti olduğunu deyir. Böyük ehtimalla penalti var, amma verilməməsini də doğru saymaq olar. Yekun qərarı Hakimlər Komitəsinin sədri Frank De Blekeri versəydi, yaxşı olardı. Amma nəyə görəsə ötən mövsümün sonlarından bəri görünmür…
Şamaxı – Karvan-Yevlax, FƏRİD HACIYEV
Elə də sürətli keçməyən oyunu idarə etmək hakimlər briqadası üçün də çətin olmadı. Komandalar kobudluğa çox meyl etmirdilər. Xırda nüanslar olmasaydı, Ayxan Abbasov da Fərid Hacıyevin və onun briqadasının idarəçiliyindən razı qalardı. Ayxan bəyin əsas narazılığı 41-ci dəqiqədə sürətli hücumun hakimin fitiylə yarıda kəsilməsi oldu. “Şamaxı” “üstünlük” prinsipinə əməl olunmamasından narazı qaldı. Ümumilikdə hakimlərin işinə yaxşı qiymət vermək olar. Hər halda, meydan sahibləri də böyükhesablı qələbə qazanıb, deməli, hakimlərdən narazılıq etmək üçün əsas yoxdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri