Süngər, ya əl ilə sabunlanmaq? Dəri problemlərindən qorunmağın yolu
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Duş qəbul edərkən istifadə olunan süngərlər dəriyə zərər verə bilər.
Bu barədə dermatoloqlar Loren Talya və Keti Laynam "HuffPost" nəşrinə müsahibələrində danışıblar.
Mütəxəssislər bu geniş yayılmış vərdişin dəri üçün yarada biləcəyi risklər barədə xəbərdarlıq ediblər. Keti Laynam qeyd edib ki, süngərlər düzgün yuyulmadıqda və ya nəm halda saxlanıldıqda, üzərlərində bakteriyalar sürətlə toplanır.
"Ekzema, psoriaz və həssas dərisi olan, həmçinin yaşlı xəstələrimin əksəriyyətinə əl ilə yuyunmağı məsləhət görürəm", - deyə dermatoloq bildirib. Onun fikrincə, sızanaq, iltihab və digər dəri problemlərinə meyilli insanlar bu məsələdə xüsusilə diqqətli olmalıdırlar.
Loren Talya da duş zamanı əl ilə yuyunmağın ən təhlükəsiz üsul olduğunu vurğulayıb. Mütəxəssis izah edib ki, bu zaman dəriyə edilən təzyiqi əlin köməyi ilə daha rahat tənzimləmək mümkündür. Bundan əlavə, əl ilə yuyunmaq bakteriyaların yayılma riskini azaldır və xüsusilə həssas dərinin təbii qoruyucu baryerini daha yaxşı mühafizə edir. /Oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 İyun 2026 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















