Icma.az
close
up
RU
SÜNİ ANA BƏTNİ: İnsan yaradılışında yeni sərhəd?

SÜNİ ANA BƏTNİ: İnsan yaradılışında yeni sərhəd?

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

İnsanlıq tarixi boyu doğum və həyatın başlanğıcı ilahi və bioloji qanunauyğunluqlarla izah olunan müqəddəs bir proses kimi qəbul edilib. Ancaq elmin və texnologiyanın sürətli inkişafı bu anlayışları müəyyən mənada yenidən nəzərdən keçirməyə vadar edir. Xüsusən süni ana bətni konsepti tibbdə və bioetikada yeni bir sərhəd açır. 2017-ci ildə Filadelfiya Uşaq Xəstəxanasından Alan Flake və onun tədqiqat qrupu qoyun döllərini süni ana bətnində uğurla yetişdirdi. Bu nailiyyət hamiləliyin son mərhələsini laboratoriya şəraitində həyata keçirməyin mümkünlüyünü göstərdi. Bu texnologiyanın insanlara tətbiqi isə həm tibbi, həm etik, həm də sosial baxımdan çoxsaylı suallar yaradır.

İlk olaraq qeyd edək ki, süni ana bətni texnologiyası dölün anadan kənarda inkişaf etməsinə imkan yaradan bir sistemdir. Adətən bu, qidalandırıcı maye ilə dolu bioloji torbalardan ibarət olur və bu məkan plasentanın funksiyalarını əvəz edərək oksigen, qidalar və hormonlarla təminatı gerçəkləşdirir. Bu texnologiyanın əsas məqsədi vaxtından əvvəl doğulmuş körpələrin yaşama şansını artırmaq və ana bətni mühitini maksimal şəkildə imitasiya etməkdir.

Süni ana bətni texnologiyası bir çox sahədə inqilabi dəyişikliklər yarada bilər. Bunlardan birincisi, vaxtından əvvəl doğum hallarının azaldılmasıdır. Bu texnologiya əkiz və ya vaxtından əvvəl doğulma riskli hamiləliklərdə ana və uşağın sağlamlığını qorumaq üçün çıxış yolu ola bilər. Adı çəkilən texnoloji yenilik həmçinin hamiləlikdə sağlamlıq problemləri yaşayan qadınlar üçün yeni imkanlar yaradır.

Habelə bəzi qadınlar üçün hamiləlik dövrü çətin keçdiyindən, süni ana bətni bu prosesi daha idarəolunan və təhlükəsiz edə bilər.

Bundan başqa, süni ana bətni texnologiyası gələcək kosmik tədqiqatlar üçün də faydalı ola bilər. Belə ki, gələcəkdə insanların Mars kimi uzaq planetlərə köçməsinə hazırlıq məqsədilə süni ana bətni kosmosda insan nəsli artırma prosesində çox önəmli rol oynaya bilər.

Qeyd edək ki, süni ana bətni üzərində aparılan tədqiqatlar xüsusilə ABŞ-da həyata keçirilsə də, bu sahədə başqa ölkələrdə də maraqlı təcrübələr mövcuddur. Məsələn, Yaponiyada Tokyo Universitetində aparılan araşdırmalar süni ana bətninin insan dölləri üzərində test edilməsi istiqamətində mühüm addımlar atır.

Hollandiya Eindhoven Texnologiya Universitetində alimlər insan embriolarını laboratoriya şəraitində yetişdirmək üçün etik sərhədləri müəyyənləşdirirlər.

Çin alimləri isə süni ana bətninin insan dölü üzərində tətbiq edilməsi üçün ilk etik və hüquqi çərçivələri hazırlamağa çalışır.

İsrailə gəldikdə, ölkədə Weizmann İnstitutu kök hüceyrələrdən istifadə edərək süni ana bətnində inkişaf edən embriolar yetişdirib və bununla gələcəkdə insanların doğum prosesini laboratoriyalara köçürmək istiqamətində ciddi addımlar atıb.

Süni ana bətni texnologiyanın bir sıra üstünlükləri vardır:

Erkən doğulmuş körpələrin sağ qalma şansı artırılır. Hər şeydən əvvəl, hamiləliklə bağlı tibbi fəsadlar minimuma endirilir. Eyni zamanda uşağın inkişafını daha yaxından izləmək mümkündür.

Lakin bütün bunlarla yanaşı, sözügedən texnologiyanın müəyyən riskləri də vardır. Ən başda gələn risk bu texnologiyanın insan dölləri üzərində istifadəsinin hələ tam araşdırılmamamasıdır. Bioetik problemlərin də müzakirə mövzusu olduğunu nəzərə alsaq, deyə bilərik ki, insan körpələrinin laboratoriyada böyüdülməsi cəmiyyətin əxlaqi dəyərlərinə təsir edə bilər.

Bundan başqa, texnologiyanın sui-istifadəsi təhlükəsini (məsələn, genetik manipulyasiyalar kimi) də gözdən qaçırmaq olmaz.

Təsadüfi deyil ki, hazırda süni ana bətni texnologiyası insan hüquqları və bioetika sahəsində ciddi müzakirələrə səbəb olmaqdadır. Cavablandırılması tələb olunan əsas qalmaqal yaradan suallar isə aşağıdakılardır:

- Ana bətnindəki döl insan hüquqlarına malikdirmi?

- Süni ana bətnində böyüdülən insan döllərinin hüquqi statusu necə müəyyənləşdiriləcək?

- Bu texnologiya valideynlik anlayışını necə dəyişdirəcək?

Sonda onu deyə bilərik ki, dünya tarixində süni ana bətni tibb və texnologiya sahəsində yeni bir mərhələ aça bilər. Ancaq bu texnologiyanın insan cəmiyyətinə gətirəcəyi dəyişikliklər dərindən araşdırılmalı, etik və hüquqi aspektləri nəzərə alınmalıdır. Sual budur: Gələcəkdə ana bətni anlayışı tamamilə laboratoriyalara miqrasiya edəcəkmi, yoxsa bu texnologiya yalnız məhdud tibbi məqsədlərlə məhdudlaşdırılacaq?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Aprel 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri