Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Süni intellekt biznes dünyasını dəyişir: Sahibkarlar nə etməlidir?

Süni intellekt biznes dünyasını dəyişir: Sahibkarlar nə etməlidir?

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün süni intellekt təkcə texnologiya mütəxəssislərinin yox, hər bir sahibkarın və biznes rəhbərinin gündəmindədir. Əgər bir vaxtlar bu texnologiya uzaq gələcəyin məsələsi sayılırdısa, artıq o, gündəlik iş proseslərində əvəzolunmaz rol oynamağa başlayıb. McKinsey & Company, PwC, IBM Global AI Adoption Index tədqiqatları göstərir ki, süni intellekt tətbiq edən şirkətlər gəlirlərini 6-20 faiz artırıb, xərclərinə 10-40 faiz qənaət ediblər. Həmin şirkətlərin 74 faizi 1 il ərzində ROİ - investisiya gəliri əldə edib. Qarşıdakı illər üzrə proqnozlar isə daha yüksək rəqəmlərlə ifadə olunur. 
Süni intellekt əslində, insanın düşünmə və qərarvermə qabiliyyətini kompüterlərə öyrətmək texnologiyasıdır. Başqa sözlə, süni intellekt proqramlar və sistemlər vasitəsilə düşünür, öyrənir, qərar verir və bəzən insanlardan daha sürətli və səhvsiz işləyir. Süni intellekt bizneslər üçün bir çox üstünlüklər yaradır. Zamana və resurslara qənaət etməklə, təkrarlanan işləri avtomatlaşdırır. Böyük məlumatları analiz edib proqnoz verir. Fərdi təkliflər və chatbotlarla xidmət keyfiyyətini artıraraq müştəri məmnuniyyətini təmin edir. Daha çevik qərarlarla bazarda rəqabət üstünlüyü təmin edir və s. Ümumiyyətlə, hazırda dünyada süni  intellektin tətbiq sahələri çox genişdir. Məsələn, mağazalar və onlayn satış saytları müştərinin zövqünü təhlil edib ona uyğun məhsullar təklif edir. Bank və maliyyə sektorunda riskləri analiz edir, fırıldaq halları ilə mübarizə aparır. İstehsalat və logistika sahəsində tədarük zəncirini avtomatlaşdırır, məhsuldarlığı artırır. Səhiyyədə diaqnozun qoyulmasına kömək edir, fərdi müalicə planları hazırlayır. Kənd təsərrüfatı sektorunda dronlar və sensorlarla torpaq və məhsulların vəziyyəti izlənir. Bu siyahını təbii ki, daha da uzatmaq olar. 
Azərbaycan da süni intellekt sahəsində ciddi addımlar atır. “2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ölkədə bu texnologiyanın inkişafı üçün əsas yol xəritəsidir. Strategiyaya əsasən süni intellekt sahəsində yeni məhsullar və xidmətlər yaradılacaq. Dövlət idarələrində süni intellekt texnologiyaları tətbiq olunacaq. Bu sahədə etik qaydalar və hüquqi çərçivə formalaşdırılacaq. Gənclər və mütəxəssislər üçün təlim proqramları və təqaüdlər nəzərdə tutulur. Bütün bu işlərə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi rəhbərlik edir.
Texnologiya sürətlə inkişaf etdiyindən biznes rəhbərləri bu dəyişikliklərə hazır olmalıdır. Bunun üçün yerli bizneslər əvvəlcə süni intellektin onlarln fəaliyyətində hansı sahələrə fayda verə biləcəyini müəyyən etməlidirlər. Satış, müştəri xidməti, yoxsa maliyyə məsələləri? Nəzərə alsaq ki, süni intellekt üçün ən vacib “yanacaq” məlumatdır. Ona görə də iş proseslərində məlumatları düzgün və keyfiyyətli şəkildə toplamaq şərtdir. Burada təbii ki, komandanın bu yeniliyə hazırlığı, işçilərin yeni texnologiyalarla tanışlığına ehtiyac var. Bunun üçün isə mütəxəssislərlə işlənilməli, təlimlər təşkil olunmalıdır. 
Süni intellekt təkcə mövcud biznesləri dəyişmir, eyni zamanda yeni biznes ideyaları üçün də zəmin yaradır. Bu baxımdan bizneslər Azərbaycan dilində chatbotlar və tərcümə alətləri yarada bilər. Ağıllı kənd təsərrüfatı sistemlərini sınaqdan keçirə bilər. Maliyyə sahəsində risk analiz proqramları tətbiq oluna bilər. İnsan resursları üçün avtomatlaşdırılmış seçim sistemləri çox faydalı ola bilər. Həmçinin süni intellekt üzrə təlim və konsultasiya xidmətləri göstərilə bilər. 
Reallıq budur ki, süni intellekt artıq yalnız “böyük texnologiya” şirkətlərinin deyil, hər ölçüdə biznesin gündəmində olmalıdır. Əgər bizneslər bu dəyişikliklərə bu gün hazırlaşmağa başlasa, sabah bazarda daha güclü və çevik ola bilərlər. Əks halda, rəqabətdə uduza bilərlər!

Çinarə Ağayeva,

biznes konsultant

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 İyul 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri