Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

Bir dəfə satan min dəfə satar, ikiüzlülər dövrü bitir TƏHLİL

Bir dəfə satan min dəfə satar, ikiüzlülər dövrü bitir TƏHLİL

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan son aylarda dərin, sistemli və geri dönüşü olmayan bir dəyişiklik mərhələsindən keçir. Bu dəyişiklik tək siyasi strukturda özünü göstərmir.

İctimai davranışlarda, media mühitində, idarəçilikdə və ümumən düşüncə tərzində hiss edilir. Reallıq budur ki, ölkə daxilində yeni bir era başlayıb.

Və bu era bütün köhnə stereotipləri, şəxsi maraqları, köhnə təfəkkürün diktəsini alt-üst edir.

Heç yerdə “süd gölü” vədi yoxdur, olmayacaq da. Çünki yeni dövrün fəlsəfəsi rahatlıq, yaltaqlıq və qeyri-şəffaflıq üzərində qurulmur.

Yeni mərhələ milli kimliyi, milli marağı, milli mövqeni önə çəkir. Hər yer milli olmalıdır. Hər qərar milli olmalıdır. Hər addım ölkənin gələcəyinə xidmət etməlidir.

Bu fonda satqınlıqla başda oturanların dövr də tarixə qovuşur. Kim bilmir ki, bir dəfə satılan adam min dəfə satılmağa hazır olur. Dövlət isə belə insanların çiynində dura bilməz. Cəmiyyət bunu daha aydın görür və daha sərt qiymətləndirir.

Bu gün baş verənlər Azərbaycan toplumunun özünü Zəfərin nəticəsinə uyğunlaşdırması prosesidir. Bu proses siyasi idarəçiliklə məhdudlaşmır. Mediada da özünü göstərəcək. Hətta artıq göstərməyə başlayıb.

İllərlə “Ramiz Mehdiyevin adamı olmaq” bir çox sahələrdə üstünlük, bəzən də “toxunulmazlıq” kimi qəbul olunurdu. Bu statusu qazananlar həmişə o çevrənin adamı kimi qaldı və özlərinə süni üstünlük formalaşdırdılar. Amma yeni dövrdə bu “köhnə şifrələr” artıq işləmir. Cəmiyyət onları tanıyır, anlayır və arxaik düşüncəni qəbul etmir.

Cəmiyyətdə elə insanlar vardı ki, iştirak etdikləri hər bir tədbirdə özlərini ön sırada görməli olduqlarına inandırmışdılar. İndi də varlar. Bu siyasətdə də belə idi, deputatlıqda da belə idi, mediada, yazıçılıqda, incəsənətdə də belə idi. Elə bil ön cərgəyə pul verib yer bron etmişdilər. Amma reallıq dəyişdi.

Oyun dövrü bitdi. Hər kəs öz yerini bilməlidir. Qaranlıq dövr artıq tarixə qovuşub. İşıqlar yandı və hər şey görünür. Kim nə edib, kim nə qədər səmimi olub, kim maska taxıb, toplum indi bunları daha tez sezə bilir. Artistlik dövrü keçmişdə qaldı. İndi iş görənlərin, sözünü əməli ilə sübut edənlərin zamanıdır.

Yeni nəsillərin örnək götürəcəyi şəxslər mütləq dürüst olmalıdır. Onlar hansısa ölkəyə pərəstiş etməməli, hansısa xarici ideologiyanın təzyiqinə düşməməlidirlər. Dünyada baş verənlərin fonunda Azərbaycanın öz qəhrəmanları var və yeni nəsil öz örnəklərini milli mühitdə tapmalıdır.

Uzun illər müxalif düşərgə Əli Kərimlinin monopoliyasında idi. “Bomba oğlan” yalnız o və onun ətrafı hesab edilirdi. Fərqli təfəkkürə malik olanlara yer verilmirdi. Bu monopolizm 1990-cı illərdən bəri müxalifətin tam formalaşmasına imkan vermədi. Sadəcə inanmış insanların ömrü, enerjisi və illəri tükəndi. Cəmiyyət isə dəyişmədi.

Eyni vəziyyət digər siyasi dairələrdə də yaşandı. Ramiz Mehdiyevin “bığının altından keçməyənlərə” də yer verilmirdi. Bu gün isə həmin gizlədilmiş, üstü örtülmüş faktlar üzə çıxır. Azərbaycanda ikiüzlülüyün, yaltaqlığın, satqınlığın pərdəsi qopub və hər şey daha aydın görünür.

Bilmək lazımdır, üzdə bir obraz, arxada tam başqa sifət olmaq dövrü yoxa çıxıb. Oyunbazlıq dövrü bitib. Üzdə “millət fədaisi”, arxada “millət düşməni” olanların əfsanəsi çöküb. Azərbaycanda artıq tam yeni dövr başlayıb və hər şey bu dövlətə xidmət etməlidir. Bu, yeni mərhələnin fəlsəfəsidir, buna şüar kimi bazmayın.

Bu səbəbdən yeni kadrları hədəf alırlar. Onları gözdən salmağa çalışırlar. İşləməyə imkan vermirlər. Çünki bilirlər ki, yeni sistemin hakimiyyəti gücləndikcə köhnə struktur tamamilə sıradan çıxacaq. Köhnə düşüncə sahibləri cəmiyyətin yenilənməsinə mane olur, çünki yeni dövrdə onların özlərinə yer tapılmayacağını yaxşı bilirlər.

Amma bu prosesi saxlamaq mümkün deyil. Cəmiyyət dəyişir. Gənclik dəyişir. Ölkənin öz gücünə inamı dəyişir. Zəfərlə başlayan yeni psixoloji mərhələ indi bütün sahələrə yayılır. Necə ki, ordu sahəsində özünü göstərdi, diplomatiyada göstərdi, iqtisadiyyatda göstərməyə başlayıb, ictimai şüurda da özünü büruzə verir.

Zəfər yalnız torpaqların azad olunması deyil. Zəfər həm də düşüncənin azad olunmasıdır. Zəfər həm də cəmiyyətin öz kimliyini yenidən dərk etməsidir. Bu gün Azərbaycan yeni düşüncə modelinə keçir və bu proses dayandırıla bilməz.

İndi məsələ təkcə idarəetmənin yenilənməsi ilə bitmir, bütün sahələrin yenidən qurulması vacibdir. Media daha milli və peşəkar olmalıdır. Siyasət daha şəffaf olmalıdır. Yazıçılıq daha səmimi olmalıdır. Deputat daha məsuliyyətli olmalıdır. Məmur daha xalqla bir olmalıdır.

Azərbaycan yeni mərhələdədir. Bu mərhələnin əsas şərti milli birliyə, milli inkişaf strategiyasına və milli özünüdərkə xidmət etməkdir. Köhnə sistemin daşıyıcıları indi bunu istəsələr də, istəməsələr də qəbul etməyə məcburdurlar. Çünki tarixin təkəri bizim üçün artıq yaxşıya sari dönüb.

Yeni dövrün mahiyyəti budur: Azərbaycan artıq öz gələcəyini özü müəyyən edir. Bu yolda heç kim köhnə oyunlarla prosesə mane ola bilməyəcək. Cəmiyyət daha ayıqdır. Dövlət daha güclüdür. Gənclik daha iddialıdır. Zəfər isə bütün sahələrdə öz təsirini göstərməyə davam edir.

Və bu proses davam edəcək. Çünki Azərbaycan artıq öz tarixinin ən güclü mərhələsinə qədəm qoyub.

Sevinc MƏHƏRRƏMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Noyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri