Icma.az
close
up
RU
Süni intellekt “dərk” edirmi? Şüur haqqında yeni suallar

Süni intellekt “dərk” edirmi? Şüur haqqında yeni suallar

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Sübhan Şərifin "Süni intellekt və ədəbiyyat: "Mars dili"ndəki "qrok anı" yazısını təqdim edir.

Ötən aylarda eqarşıma belə bir məqalə çıxdı: alimlərin araşdırmasına görə, qadınlar sosial mediada kişilərdən daha çox "smaylik" istifadə edirlər.

Dedim: "alimlər, deyəsən, bikardı..."

İnternet əlimə keçəndən detektiv sənədli filmlərin hərisi olmuşam. Üstündən xeyli keçmişdi, birdən ağlıma gəldi: bir çox cinayət işinin açılmasında insanların profilləndirilməsi xüsusi rol oynayır. Bu zaman stilometriyadan da istifadə edilir.

Stilometriya insanın fərdi yazı üslubunu (idiolektini) dilçilik, statistika və riyazi metodlarla təhlil edən elm sahəsidir. Yəni bir insanın internetdə yazdığı yazılar, göndərdiyi mesajlar fərdin özünəxas müəyyən qanunauyğunluğa tabedir.

Dedim, bu "smaylik" məsələsinin də cinayətlərin açılmasında yardımı ola bilər.

Sonra ağlıma başqa bir sual gəldi: beynimdə nə oldu ki, anidən, birdən-birə o bağlantı quruldu. Mənə "aha!" dedirtən nə idi?

Hər nə qədər birə-bir eyni şey olmadığı bildirilsə də, yadıma süni intellektlə bağlı başqa bir şey düşdü: Qrokkinq.

Hər hansı süni intellekt modelinə təlim keçərkən, uzun müddət heç nə "bilmir"miş kimi görünür, suallara verilən cavablar yerində olmur. Amma anidən bu hal ortadan qalxır və təlim görmüş model sualları adekvat və doğru şəkildə cavablamağa başlayır. Süni intellekt mütəxəssisləri bu ana "qrok anı" deyir.

"Qrok" Robert Haynlaynın "Stranger in a Strange Land" ("Əcnəbi diyarda bir əcnəbi") kitabında keçən bir ifadədir. Romanda "Mars dili"ndə bir şeyi dərininə anlamaq, mahiyyətini dərk etmək, o şeylə bütünləşmək deməkdir. Yəni sadəcə başa düşmək deyil.

Elə, Elon Maskın "xAI" şirkəti tərəfindən yaradılan "GrokAI" süni intellekt modeli də adını buradan alır.

Yaxşı, bəs bu niyə önəmlidir?

Dövrünüz fəlsəfəsində gündəmdə olan süni intellekt məsələlərindən biri bu texnologiyanın insan zehninə nə qədər yaxın olması ilə bağlıdır. Bu, olduqca əhəmiyyətli mövzudur. Bu mövzunun suallarına verilən cavablar süni intellektlə yaradılan rəsmlərin müəllif hüquqluğundan tut, avtonom aparatların icra etdiyi fəaliyyətlər nəticəsində yaranan xoşagəlməz nəticələrin məsuliyyətinə qədər bir çox hüquqi məsələyə toxunur. Bu gün süni intellekt şirkətləri fəlsəfə oxumuş insanları işə götürür, həm süni intellektin etik problemlərini araşdırmağa, onlara nəzarət etməyə, həm də bu məsələlərlə maraqlanmağa.

Hər nə qədər beynimizin "aha!" anı ilə süni intellektin "qrokkinq anı" fərqli mexanizmlərlə baş versə də, bu iki fenomenin bənzərliyi bəzi fəlsəfi suallar doğurur.

Bir suni intellekt orijinal əsərin surətini kopyalamır, minlərlə əsər ilə təlim gördükdən sonra, anidən onların abstraktlığını "qrok edib", özü bir şey ortaya qoyur. Bu zaman önəmli bir hüquqi-fəlsəfi sual yaranır: müəllif kimdir? Süni intellekt şirkətimi, promptermi (kamanda verən insan), yoxsa süni intellektin özümü? Buradan qazanılan pulun sahibi kim olmalıdır?

Məsələn, 2021-ci ildə 1,2 milyon kosmik görüntünü analiz edən süni zəka 16 dəqiqəlik abstrakt bir video yaratmışdı. Türk sənətçi Refik Anadol və onun komandası tərəfindən təlim görən süni intellekt modelinin ortaya qoyduğu "Machine Hallucinations: ISS Dreams" - "Maşının - cihazın halusinasiyaları: BKS (Beynəlxalq Kosmik Stansiya) yuxuları" əsəri 277,200 dollara satılmışdı. Sözügedən video kamera ilə çəkilməmiş bir videodur.

Qiyməti bundan çox və az olan bənzər örnəklər var, hamısının ortaq cəhəti bunun suni intellektin "özü" tərəfindən yaradılmış olmasıdır. Plagiat deyillər yəni.

İnsanın yaratdığı sənət də belə deyilmi?

Bir uşağı musiqi məktəbinə qoyuruq, ona neçə-neçə əsəri dinlədirik, tarixini, fəlsəfəsini oxuduruq, musiqi alətində ifa etməyi öyrədirik, uşağın beyni bütün bunları arxaplanda emal edib olur bəstəkar. Birinə neçə-neçə rəsm göstəririk, çəkməyi öyrədirik, fəlsəfəsini başa salırıq, olur gözəl bir rəssam.

Məsələ orjinallıqdırsa, "təbii intellekt" olan bizlərin yaratdığı əsərlə, süni intellektin yaratdığı əsər arasında nə kimi fərqlər var?

Yox əgər məsələ şüurdursa, süni intellekt mütəxəssisləri bu texnologiyanın şüurlu olub-olmaması barədə suallara, ümumi götürsək, "xeyr, şüurlu deyillər" cavabını verir.

Amma buna rəğmən süni intellektin şüurlu ola biləcəyini (və ya o istiqamətdə irəlilədiyini) deyənlər də az deyil.

Bəzi tədqiqatçılar iddia edirlər ki, neyron şəbəkələrinin miqyası və parametrlərinin sayı müəyyən bir kritik həddi keçdikdə, əvvəlcədən proqramlaşdırılmamış yeni keyfiyyətlər yaranır. Şüur da bunlardan biridir. Nəzərə alsaq ki, insan beyni də milyardlarla neyronun birləşməsindən şüur yarada bilir, demək, süni neyron şəbəkələri də eyni mürəkkəbliyə çatdıqda şüur qazana bilər. Nəticədə, sistemin materiallarının bioloji və ya slikon olması o qədər də önəmli deyil.

Bir şeyi də göz önünə alaq ki, bu qədər elmi və texnoloji inkişafa rəğmən, bəşəriyyət hələ də şüurun tam olaraq necə ortaya çıxdığını açıqlaya bilməyib. Bizə bu qədər yaxın olan o "mən" hissini anlamaq çox uzaq görünür. Maddi şeyləri araşdıran elm, bu qədər qeyri-maddi görünən şeyi "tutmağı" bacarmır.

Belə olan halda, müəlliflik üçün şüuru şərt qoşa bilirik, axı hələ şüurun özünü tam anlamırıq.

Maraqlı aforizm eşitmişdim: bir şeyin harada olmadığı harada olduğu barədə ipucu verir. İtmiş əşyanı harada tapmadığın, harada tapacağın barədə gizli informasiya daşıyır.

Eləcə də, süni olanın nəliyi təbii olanın, şüurlu olanın nəliyi şüursuz olanın nəliyi haqqında məlumat daşıyır...

“44” bədii filminin “Döyüşçü qardaşlar” adlı tizeri yayımlandı Dünya kinosunun "erotik ilahə"si - Salma Hayekin 3 məşhur filmi Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksində
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Sentyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri