Icma.az
close
up
RU
Süni intellekt erası Bakıda yeni əməkdaşlıq platforması qazanır

Süni intellekt erası Bakıda yeni əməkdaşlıq platforması qazanır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

500-dən çox iştirakçının qatıldığı AI Summit 2026 innovasiya, rəqəmsal transformasiya və insan kapitalının inkişafı üzrə yeni əməkdaşlıq imkanları yaradır

Bakıda keçirilən II Süni İntellekt Zirvəsi (AI Summit 2026) Azərbaycanın regional innovasiya və texnoloji transformasiya mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət və özəl sektorun nümayəndələrini, beynəlxalq texnologiya şirkətlərinin rəhbərlərini, ekspertləri və sahibkarları bir araya gətirən tədbir süni intellektin iqtisadi inkişaf və rəqabətqabiliyyətlilik üçün strateji rolunu ön plana çıxarır.

Noyabrın 13-də “The Ritz-Carlton Baku” hotelində işə başlayan zirvədə 500-dən çox iştirakçı təmsil olunur. “Arter”, “Facemark”, “Handex” və “Human Development Center” şirkətlərinin birgə təşkil etdiyi tədbirin baş sponsoru “Logo Group”, qızıl sponsoru “TIMES Consulting”, strateji tərəfdaşları isə 4SİM və “MegaSec”dir.

Zirvənin əsas məqsədi süni intellektin biznes proseslərinə inteqrasiyasını sürətləndirmək, beynəlxalq təcrübəni yerli innovasiya ekosisteminə gətirmək və texnoloji əməkdaşlığı genişləndirməkdir. Gün ərzində fəaliyyət göstərən “AI Playground” və “Connection Hub” platformaları iştirakçılara yeni texnoloji həlləri sınaqdan keçirmək və biznes əlaqələri qurmaq imkanı yaradır.

Rəsmi açılışda “Facemark”ın həmtəsisçisi Rafiq Hunaltay süni intellektin biznes üçün strateji əhəmiyyətindən danışıb. Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov regional əməkdaşlıq perspektivlərini vurğulayıb. Azərbaycan Kibertəhlükəsizliyi Agentliyinin icraçı direktoru Rauf Cabarov və “Cyberpoint” şirkətinin direktoru Elvin Balacanov isə kibertəhlükəsizlik və rəqəmsal hüquqi tənzimləmə məsələlərinə toxunublar. “Logo Group”un texniki direktoru İsmail Duran və “MegaSec”in direktoru Qabil Qasımov da əsas məruzələrlə çıxış ediblər.

“Süni İntellektin gələcəyi” adlı paneldə “Microsoft”, “Prodware” və “SHI International Corp” şirkətlərinin nümayəndələri qlobal texnoloji trendləri, süni intellekt arxitekturasını və biznesdə tətbiq imkanlarını müzakirə ediblər. “Azerconnect Group”un Süni İntellekt Məhsulları Bölməsinin rəhbəri Lətif Məmmədlinin moderatorluğu ilə keçirilən sessiya beynəlxalq təcrübənin bölüşülməsi baxımından diqqət çəkib.

“İnsan və Süni İntellekt” adlı Davos formatlı paneldə isə texnoloji transformasiyanın əmək bazarına, təhsilə və insan kapitalına təsirləri təhlil olunub. bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADNSU-nun rektoru professor Rüfət Əzizov, 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi İnarə Vəliyeva və “Nextool.ai”ın baş direktoru Cəfər Nəcəfov insan kapitalının yeni texnoloji reallıqlara uyğunlaşdırılması və təhsil sisteminin transformasiyası ilə bağlı fikirlərini bölüşüblər.

Zirvə çərçivəsində “Şuşa”, “Ağdam”, “Füzuli”, “Qubadlı”, “Tərtər” və “Laçın” zallarında 11 praktiki masterklas və ixtisaslaşmış sessiya da təşkil olunub. “Microsoft”, “Azercell Telekom”, “Azerconnect Group”, “Code Academy”, “Logo Business Solutions” və digər şirkətlərin mütəxəssisləri süni intellektin biznes idarəçiliyi, data analitikası, təhsil, insan resursları və kreativ sənayedə tətbiqinə dair müasir həlləri təqdim ediblər.

AI Summit 2026-nın əhəmiyyəti yeni texnologiyaların nümayişi ilə məhdudlaşmır. Platforma dövlət, biznes, elm və təhsil sektorları arasında əməkdaşlığın genişləndirilməsinə, innovativ ideyaların praktiki layihələrə çevrilməsinə və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına xidmət edir.

Müasir dövrdə süni intellekt dövlətlərin iqtisadi potensialına və şirkətlərin rəqabət qabiliyyətinə təsir göstərən əsas amillərdəndir. Bu baxımdan beynəlxalq texnologiya nəhənglərinin və yerli mütəxəssislərin Bakıda bir araya gəlməsi Azərbaycanın regional innovasiya və texnoloji əməkdaşlıq mərkəzi kimi potensialını nümayiş etdirir.

Yusif Yaquboğlu

Fotoqraf: Rauf İbrahimov

 XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see456

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see345

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see337

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see323

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see293

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see292

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see288

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see277

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see275

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see275

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see270

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see268

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see251

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see251

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see251

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see223

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see217

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see216

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see215

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri