Süni intellekt əsaslı “E qanun.ai” platformasının istifadəçilərinin və ünvanlanan sualların sayı açıqlanıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 17 noyabr, Günel Türksoy, AZƏRTAC
Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən süni intellekt əsaslı “E-qanun.ai” platformasının 30 mindən çox istifadəçisi var.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar tərəfindən platformaya maraq yüksək səviyyədədir. Belə ki, sentyabr ayında istifadəyə verilmiş "E-qanun.ai” platformasına indiyədək vətəndaşlar tərəfindən 500 mindən çox hüquqi sual ünvanlanıb.
Sorğular əsasən Əmək Məcəlləsi, Vergi Məcəlləsi, “Yol hərəkəti haqqında” Qanun, Cinayət Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Ailə Məcəlləsi ilə əlaqədardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 17 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















