Icma.az
close
up
RU
Süni intellekt həm də təhlükə mənbəyidir

Süni intellekt həm də təhlükə mənbəyidir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu gün ən çox müzakirə edlən mövzulardan biri süni intellektdir. Bəzi mütəxəssislər süni zəkanın köməyi ilə böyük problemlərin həll olunacağına ümid bəsləyirlər. Ancaq digər alimlər süni zəka barədə o qədər də nikbin proqnozlar səsləndirmirlər. Təəssüf ki, son vaxtlar süni intellektdən dezinformasiya və saxta məlumatların yayılmasında geniş istifadə olunur. Bəs buna qarşı necə mübarizə aparmaq olar? Bu məsələ Qlobal Media Forumunda müzakirə olunub. Tədbir iştirakçıları bəzi qurumların süni intellektdən öz niyyətləri üçün süi-istifadə hallarının artdığını bildiriblər.

Belə ki, İsveçrədə Ukraynada sülhə həsr olunmuş sammit ərəfəsində X sosial şəbəkəsinə 4 dildə saxta şərhlər yerləşdirilib. Maraqlıdır ki, bu şərhlərin müəllifləri kimi Cennifer Eniston, Luc Besson, Elton Con, Lionel Messi göstərilib. Hətta X sosial şəbəkəsi onların fotoları ilə dolub. Cəmi bir neçə saat ərzində sitatların sayı 120 mini keçib. Guya, Cennifer Eniston, Luc Besson, Elton Con, Lionel Messi kimi məşhurlar Ukraynaya yardımı dayandırmağa çağırıblar və Aİ-nin gələcəyi ilə bağlı pessimist proqnozlar veriblər. Yazılar 500 mindən çox baxış toplayıb. “Bot Blocker” layihəsinə görə, dezinformasiya Rusiya hökumətinə bağlı olan “Dvonik” adlı bot şəbəkəsi tərəfindən yayılıb. Tədqiqatçılar qeyd ediblər ki, 6 ay ərzində botlar Avropa Parlamentinə son seçkilər ərəfəsi də daxil olmaqla ən azı 6 dezinformasiya dalğası həyata keçiriblər.

Auditoriyanın hansı hissəsinin bu cür “sitatları” real qəbul etdiyini müəyyən etmək çətindir, lakin onların sayı az deyil. İnternet istifadəçiləri arasında aldıqları məlumatlara şübhə ilə yanaşma vərdişi də formalaşır. Bu fikri Avropa Parlamentində kommunikasiya şəbəkələri, məzmun və texnologiya üzrə məsul şəxs Renate Nikolay bildirib. “Beş il əvvəlki vəziyyətə baxsanız və onu Avropa Parlamenti seçkiləri ilə müqayisə etsəniz, insanlar indi dezinformasiya imkanlarından daha çox xəbərdar olurlar”, – o, deyib. Nikolay məşhur sosial şəbəkələrdə istifadə edilən xəbərdarlıq sisteminin saxtakarlıqları ifşa etməyə kömək etdiyini bildirib.

Xatırladaq ki, 2024-cü ildə Aİ-də bütün internet istifadəçilərini qeyri-qanuni məzmun, mal və xidmətlərdən qorumaq üçün Rəqəmsal Xidmətlər Aktı (DSA) qüvvəyə minib. Onun sayəsində nifrət, aqressiya təbliğ edən və ya dezinformasiya yayan yazılar dərhal silinir. Bununla yanaşı, Aİ rəsmisi hesab edir ki, Avropa hakimiyyəti Rusiya auditoriyası ilə əlaqə saxlamaq üçün səy göstərməlidir: “Biz təkcə öz əhalimizin deyil, Rusiya kimi ölkələrdə də media azadlığına çıxışı qorumalıyıq”. O etiraf edib ki, bu, getdikcə çətinləşir, çünki Rusiya hakimiyyəti interneti bloklamaq və təcrid etmək üçün getdikcə müxtəlif texnologiyalardan istifadə edir.

Süni intellekt texnologiyalarından həm də təbliğat və qarayaxma məqsədləri üçün də istifadə edilir. 2020-ci ildə Almaniyanın xarici işlər naziri Annalena Berbok belə hücumların birinin qurbanı olub. O vaxt onun təmsil olunduğu partiya parlament seçkilərinə hazırlaşırdı. 6 ay ərzində internetdə Berbokun müxtəlif saxta fotoları yayılıb: kollajların birində onun üzü qızın çılpaq bədəni ilə birləşdirilib. Şəkilaltı mətndə iddia olunurdu ki, gəncliyində Berbokun yaşamaq üçün kifayət qədər pulu olmayıb. Əslində, bu məlumat reallıqdan uzaq olub. “Süni intellekt dezinformasiyanı daha ucuz, asan və effektiv edir”, – deyə Almaniyanın xarici işlər naziri Bonnda DW media forumunda çıxışında xəbərdarlıq edib.

Köln Biznes Məktəbinin animasiya prodüseri və media menecmenti professoru Mixael Şvertel xatırladıb ki, texnologiyanın sürətli inkişafı səbəbindən hansı materialda süni intellektdən istifadə edildiyini və ya istifadə edilmədiyini başa düşmək getdikcə çətinləşir. O, adi proqram təminatından istifadə etməklə qısa müddətdə videonu redaktə etməyin mümkün olduğunu bildirib. Bununla bağlı video-rolik nümayiş etdirib. Rolikdə bir obyekt digəri ilə əvəz edilib və ya o tamamilə çərçivədən çıxarılıb. Şvertel deyir ki, getdikcə populyarlaşan Luma AI aləti bir fotoşəkildən 120 saniyə ərzində bir neçə saniyəlik animasiya videosu yaratmağa qadirdir: “Təsəvvür edin ki, belə texnologiyanın köməyi ilə siz istənilən siyasətçinin şəklini canlandıra bilərsiniz. Bunun üçün böyük büdcəyə ehtiyac yoxdur”. Bu texnologiya vicdanlı istifadəçilərə yüksək keyfiyyətli və aşağı büdcəli filmlər yaratmağa kömək edə bilər, lakin cinayətkarların əlində bu, ciddi silahdır.

O qeyd edib ki, indi süni intellektlə bağlı ən böyük təhlükə fırıldaqçıların fəal şəkildə istifadə etməyə başladığı saxta səs yazılarından qaynaqlanır: “Söhbət etdiyim qadınlardan birinə ərinin səsi ilə saxta audio yazısı göndərilib. O, səsin həyat yoldaşına aid olduğuna inanıb. Sanki o xəstəxanadadır və arvadından təcili olaraq “filan” nömrəli bank hesabına 5 min avro köçürməsini istəyib. Sonradan məlum olub ki, səs ərinə aid deyil və süni intellekt vasitəsilə yaradılıb”.

Bu texnologiya Rusiya təbliğatı ilə əlaqəli “Telegram” kanalları tərəfindən bir neçə ildir ki, istifadə olunur.

"Süni intellektin zərərləri sırasında vətəndaşların şəxsi informasiyalarının təhrif olunması, konfidensiallığın pozulması və informasiyanın montajı, etik və hüquqi problemlər də var. Yəni süni intellektin köməyi ilə şəxsin videosunun üzərinə səs yazıla bilər. “Pishing” adlanan applikasiya süni intellektin ən təhlükəli tətbiqetmələrindən biridir. Vaşinqton Universitetindən olan proqramçılar saxta videoda istənilən sözü Barak Obamanın dilindən deyə biləcək suni alqoritm yaradıblar. “Siz ən kiçik pikselinə qədər həqiqi video və ya audioya bənzəyən saxta videolar yarada bilərsiniz.” – deyə Kembric Universitetinin nümayəndəsi Şahar Avin bildirib.

“Deepfake” vasitəsilə də çoxlu saxta xəbərlər yaratmaq mümkündür. Bu fırıldağın arxasında dayanan real şəxsin tapılmasına gəldikdə isə, bu şəxsləri müəyyən etmək üçün informasiya və kommunikasiyalar haqda dərin biliklərə sahib olmaq lazımdır".

Artıq süni intellekt silahlı münaqişələrdə də fəal şəkildə istifadə olunur. Avstraliya, Böyük Britaniya və ABŞ-ın yaratdığı üçtərəfli müdafiə ittifaqı olan AUKUS Çinlə rəqabəti artırmaq üçün artıq avtonom silah sistemlərini sınaqdan keçirir. Süni intellekt silahlarından Liviya, Yəmən və Ukraynada istifadə edilib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirərkən hədəfləri seçmək üçün süni intellektdən istifadə edib.

Süni intellektin istifadəsi üçün kifayət qədər çox sahə var. Məsələn, süni intellekt hərbçilərin həyatını xilas edə, təhlükəli tapşırıqları yerinə yetirə, ərazini kəşf edə, partlayıcıları zərərsizləşdirə bilir.

Süni intellekt qərar qəbuletmə prosesinə də təsir edir: məlumatların dəqiq təhlili düşməni daha effektiv müəyyən edərək və məğlub etməyə kömək edir. Avtomatlaşdırılmış sistemlər dronların məlumatlarından istifadə edərək minimum səhvlərlə ağıllı qərarlar qəbul edir. Bu sahənin mütəxəssisi Sahar Avin deyir: “Müharibə ərazisində çoxlu sensor və sistemləri olan robotların fəaliyyət göstərməsi sizə rəqib qarşısında üstünlük yaradır. Həmin robotlar döyüş meydanında baş verən hadisələrlə bağlı sizə terabaytlarla informasiya göndərir. Beləcə siz sistemin göndərdiyi məlumatlara uyğun qərarlar verirsiniz”.

Bununla belə, hərbçilər tərəfindən süni intellektdən istifadə potensial təhlükələrə görə kifayət qədər narahatlıq doğurur. Birincisi, bu onunla bağlıdır ki, texnologiyanın inkişafı avtonom silah sistemlərinin inkişafı, nüvə silahlarına nəzarət və istifadə, kəşfiyyat məlumatlarının toplanması kimi mühüm sahələrə təsir göstərir. Beləliklə, düşmən tərəfindən süni intellekt sistemlərinin sındırılması və manipulyasiyası riski var ki, bu da məxfi məlumatların oğurlanmasına səbəb ola bilər. İkincisi, süni intellekt gözlənilməz olaraq qalır və uğursuzluqlar və ya səhvlər baş verdikdə, kimin məsuliyyət daşıdığını müəyyən etmək çətindir və bu, mülki şəxslərə gözlənilmədən zərər verə bilər.

Hazırladı:
PÜNHAN
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Fevral 2025 02:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see353

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see314

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see272

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see254

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see254

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see224

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see222

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see221

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see214

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see210

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see210

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see188

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri