Icma.az
close
up
RU
Süni intellekt məktəb idarəçiliyində liderliyi gücləndirə bilər?

Süni intellekt məktəb idarəçiliyində liderliyi gücləndirə bilər?

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

       Məlum olduğu kimi, məktəbin idarə edilməsində süni intellekt (Sİ) artıq nəzəri müzakirə predmetindən çıxaraq real idarəetmə alətinə çevrilməkdədir. Dünyanın bir çox ölkəsində təhsil müəssisələrində mərhələli tətbiq olunur, rəhbərlərin qərarvermə imkanlarını genişləndirir və məktəblərin səmərəliliyini artırır.
      Azərbaycanda da bu mövzu ictimaiyyət və təhsil sferasında geniş müzakirə olunur. Bəzi təhsil müəssisə rəhbərlərinin məlumatından görünür ki, artıq Sİ-dən istifadə edənlər var.
     Düşünürəm ki, Elm və Təhsil Nazirliyi pilot layihə formasında bir neçə məktəbdə süni intellektin idarəetmədə tətbiqini sınaqdan keçirə bilər. Qazanılan praktik nəticələr isə sonrakı mərhələ üçün istinad olar.
       Həm də nəzərə alaq ki, indi məktəblərdə artıq süni intellektin tətbiqinə imkan yarada bilən elektron məlumat bazası faktiki olaraq hazırdır. Habelə davamiyyət, elektron jurnallar, qiymətləndirmə sistemləri və s. mövcuddur. 
      Bu gün əsas məsələ süni intellektin idarəetmədə necə effektli tətbiq oluna bilməsidir. Bu baxımından aşağıdakı məsələlərə diqqət yetirək.
 1. Qərarların daha əsaslı verilməsi (analitik idarəetmə)

Məlum olduğu kimi məktəbdə hər gün böyük həcmdə məlumat yaranır:
_ şagird nailiyyətləri,
_ davamiyyət,
_ müəllim yüklənməsi,
_ qiymətləndirmə nəticələri,
_ valideyn müraciətləri,
_ cari yaranan məsələlər və s.
    Süni intellekt bu məlumatları:
təhlil edir, tendensiyaları göstərir,
riskləri öncədən xəbər verir. Məsələn:
Hansı siniflərdə geriləmə var?
Hansı müəllimin yükü həddindən artıqdır? Hansı şagirdlər risk qrupundadır?
Beləliklə, direktor ehtimal, intuisiya ilə yox, dəqiq faktlara əsaslanaraq qərar verir.

 2. Direktor məmur yox, lider olur

     Bu gün məktəb direktorlarının böyük hissəsi, əsasən:
hesabat, cədvəl, yazışma, statistik məlumat toplamaqla məşğuldur.
Süni intellekt:
avtomatik hesabatlar hazırlayır,
cədvəlləri optimallaşdırır,
sənədləşməni sürətləndirir.
   Nəticədə:  Bu isə liderlik fəaliyyətinin səmərəli istifadə edilməsi üçün real imkandır. Pedaqoji mühitlə ünsiyyət, strateji, yaradıcı düşüncə və kollektivlə iş üçün daha çox vaxt qazanılır. Direktor kağız üzərində idarə edən məmurdan, canlı prosesləri yönəldən liderə çevrilir. 

  3. Risklərin erkən aşkarlanması (profilaktik idarəetmə)

     Ənənəvi idarəetmədə problemlər baş verdikdən sonra ona reaksiya verilir.
Süni intellekt isə:
davamiyyətin azalmasını,
davranış dəyişikliklərini,
akademik geriləməni
öncədən aşkarlaya bilir.
    Bu, məktəbdə:
cəza yox, profilaktika, vaxtında dəstək göstərməyi artırır. Yəni idarəetmə qorxu üzərində yox, qabaqlayıcı yanaşma və düşüncə üzərində qurulur.

 4. Şəffaflıq və ədalət mühitinin güclənməsi

Süni intellekt:
_ eyni meyarla qiymətləndirir,
_ subyektiv yanaşmanı azaldır,
_ qərarların əsaslandırılmasını asanlaşdırır.
   Bu isə: müəllimlərdə inam yaradır, “kimə görə, nəyə görə” suallarını azaldır, idarəetməyə etimadı artırır.
     Təcrübə daim təsdiq edir ki,  liderliyin formalaşması üçün etimad, inam əsas şərtdir.
Sİ bu etimadın texnoloji dayağına çevrilə bilər.

  5. Süni intellektdə əsas risk tərəfi. Yaxud rəhbərin arzu edilməyən tərəfə yönəlməsi.

    Burada çox vacib bir məqamı qeyd etmək lazımdır. 
Əgər: idarəedənlər yaradıcı təşəbbüsdən qorxursa, onların düşüncəsində liderlik yox, itaət etmək yanaşması, düşüncəsi hökm sürürsə, şəffaflıq istənilmirsə, 
o zaman süni intellekti də öz  məramına yönəldir. Sİ nəzarət alətinə, cəza mexanizminə, “səhv axtaran sistemə” çevrilə bilər.
Yəni: Süni intellektin faydalılığı onu tətbiq edənin idarəetmə məqsədi, yanaşmasından asılıdır.

  6. Nəticə olaraq ümumiləşdirsək məktəbin idarə edilməsində süni intellekt:

_ mövcud məlumatları oxuyur, müqayisə edir və nəticə çıxarır.
_ İdarə edənə alternativ deyil, onu əvəz etmir. İdarəedəni gücləndirən, liderlik üçün əlavə imkanlar yaradan alətdir, 
_ insanı sıxışdırmır, amma insanı mərkəzə qaytarır;
_ qorxu mühiti yaratmır, amma ədaləti və əsaslandırmanı gücləndirir.
      Məktəb idarəçiliyində süni intellekt liderlik üçün yeni imkanlar yarada bilər. Əgər məktəbdə sağlam idarəetmə mühiti varsa,
süni intellekt təhsildə keyfiyyət və liderliyin katalizatoruna çevrilə bilir. Deməli, burada həlledici olan texnologiya deyil, onu idarəetmədə necə oxumağı bacaran rəhbər düşüncəsindədir. 

Vahid Tağıyev
Təcrübəli, peşəkar təhsil işçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri