Icma.az
close
up
RU
Süni intellekt müəllimlik peşəsini SIRADAN ÇIXARACAQ? Müfəssəl izah

Süni intellekt müəllimlik peşəsini SIRADAN ÇIXARACAQ? Müfəssəl izah

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə süni intellektin təhsil sahəsində istifadə olunduğunu müşahidə edirik.

Belə ki, İdarəetmə Sistemləri İnstitutunda üzərində çalışılan ən mühüm layihələrdən biri süni intellekt əsaslı “robot repetitor” sisteminin hazırlanmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov deyib.

Bildirib ki, bu sistem Azərbaycan dilində həm anlayış, həm də cavab vermə qabiliyyətinə malik olacaq:

Məqsədin repetitorluğa imkanı olmayan abituriyentlərə əlçatan və keyfiyyətli təhsil dəstəyi təqdim etmək olduğunu vurğulayıb. Sistem vasitəsilə şagirdlər tarix, coğrafiya, riyaziyyat kimi fənlər üzrə virtual müəllimlərlə interaktiv şəkildə öyrənə biləcəklər

Bəs, maraqlıdır, süni intellekt müəllimlik peşəsini sıradan çıxaracaqmı?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, müəllimlik yeganə peşədir ki, heç zaman sıradan çıxmayacaq.

Elmin Nuri: "Üç yaşlı bir uşaq belə dünyanın ən ağıllı robotundan üstün ola bilər"

E.Nuri qeyd edib  ki, intellektual alətlər və süni intellekt bu gün sürətlə inkişaf edir və artıq bir çox sahələrdə tətbiq olunur. Onun sözlərinə görə, bütün bunlara rəğmən bu texnologiyalar heç vaxt insanın malik olduğu mahiyyəti, daxili duyğuları və yaradıcı potensialı özündə əks etdirə bilməz:

“İnsan yalnız bilik daşıyıcısı deyil, həm də hiss edən, qarşısındakı insana emosional reaksiya verə bilən, yaradıcılıq qabiliyyətinə sahib varlıqdır. Məhz bu xüsusiyyətlər insanı robotdan fərqləndirir. Bir maşın və ya robot verilmiş alqoritmlərlə müəyyən bilikləri ötürə bilər, amma şagirdin hislərini dərk etmək, onun psixoloji vəziyyətinə uyğun reaksiya vermək qabiliyyətinə malik deyil".

Müəllimlik peşəsinin buna bariz nümunə olduğunu vurğulayan ekspert nəzərə çatdırıb ki, müəllim yalnız dərs demir, həm də şagirdini hiss edir, onu anlayır, potensialını üzə çıxarmağa kömək edir:

“Robot isə yalnız yüklənmiş proqram qədər bilik verə bilər, amma heç vaxt yaradıcı təşəbbüskarlıq və spontan yanaşma nümayiş etdirə bilməz”.

Müsahibimiz həmçinin bu fərqin uşaqlarda da özünü göstəridiyini vurğulayıb.

E.Nuri əlavə edib ki, oxuma-yazmanı bilməyən, sadəcə ideya yarada bilən üç yaşlı bir uşaq belə dünyanın ən ağıllı robotundan üstün ola bilər. Ekspertin fikrincə, robot yaradıcı ideya irəli sürə bilmir, yalnız mövcud məlumat bazasını təkrar edir:

“Ona görə də texnologiyanın sürətli inkişafına baxmayaraq, insanın yaradıcılıq, duyğu və intuitiv düşüncə qabiliyyəti heç vaxt əvəzlənməyəcək”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri