Süni intellekt Napoleonun 217 illik sirrini açdı
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Süni intellekt Fransa imperatoru I Napoleon Bonapartın 1809-cu ildə generalına göndərdiyi kodlu mesajı 217 il sonra deşifrə edib.
Bakıvaxtı.az xəbər verir ki, “The Daily Telegraph”ın yazdığına görə, bu kəşf ABŞ-nin kibertəhlükəsizlik şirkəti "SentinelOne"da çalışan süni intellekt mühəndisi Karter Çörç tərəfindən edilib.
O, şifrələnmiş məktubun açılması üçün OpenAI-ın GPT-6 Astra sistemindən istifadə edib.
General Ogüst Frederik Lui Marmonta ünvanlanan məktubda rəqəmlər, adi və yunan hərfləri, eləcə də müxtəlif simvollardan ibarət 1300 şifrələnmiş işarə olub. Şifrənin açarı itirildiyindən məktubun məzmunu iki əsrdən artıq müddətdə sirr olaraq qalıb.
Süni intellekt təxminən altı saat ərzində simvolları təhlil edərək onların şifrəsini açıb. Sistem nəticələri əvvəllər kriptoqraflar tərəfindən müəyyən edilmiş 33 simvolla da müqayisə edib.
Daha sonra süni intellekt sözləri müəyyənləşdirmək üçün “simulyasiya edilmiş tavlama” metodundan istifadə edib və əldə olunan nəticələri Marmontun günümüzə qədər gəlib çatmış yazıları ilə müqayisə edib.
Deşifrə edilən məktubda Napoleon yazırdı: “Avstriyaya hər tərəfdən eyni vaxtda hücum edilir. Nəticə etibarilə, o, sürətlə məhv olmağa doğru gedir.”
Məktubu alan general Marmont həmin vaxt əsas Fransa qüvvələrindən uzaqda, Dalmatiyada (indiki Xorvatiya) yerləşirdi. Məktubdan sonra o, Napoleonun ordusuna qoşulub.
Daha sonra Napoleonun Vaqram döyüşündə qələbə qazanması və Beşinci Koalisiyanın məğlub edilməsindən sonra Marmont marşal rütbəsinə yüksəldilib.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 Oktyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















