Icma.az
close
up
RU
Süni intellekt tərəfindən tərtib edilən press relizlər...

Süni intellekt tərəfindən tərtib edilən press relizlər...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2022-ci ildən bəri Amerika şirkətləri, istehlakçıları və hətta Birləşmiş Millətlər Təşkilatı böyük dil modellərindən - insan tərəfindən yazılan kimi oxunan mətn hazırlamağa öyrədilmiş, “ChatGPT” kimi süni intellekt (AI) sistemlərindən istifadə edir.

“Cell Press Patterns” jurnalında dərc olunmuş araşdırmada tədqiqatçılar iş elanlarından tutmuş press-relizlərə qədər təhlil edilən korporativ və hökumət mətnlərinin orta hesabla 17 faizində süni intellektdən istifadə olunduğunu və bu payın artacağını göstərirlər.

Böyük dil modelləri 2022-ci ilin sonunda ictimaiyyət üçün geniş şəkildə əlçatan oldu. Bu gün dünyada bir milyarddan çox insan onlardan müntəzəm istifadə edir. Tədqiqatçılar dörd müxtəlif yazı kontekstində: ABŞ-da istehlakçı şikayətləri, şirkət press-relizləri, BMT-nin press-relizləri və iş elanlarında bu süni intellekt alətlərinin tətbiq edildiyi nümunələrini araşdırmaq üçün əvvəllər hazırlanmış AI aşkarlama proqramından istifadə etmək qərarına gəliblər. Onlar bu sahələrin hər birindən 2022-ci ilin yanvarından 2024-cü ilin sentyabrına qədər dərc olunmuş mətnləri toplayıb proqramdan keçiriblər.

Əvvəlcə komanda 2022-2024-cü illərdə istehlakçıların banklardan və digər maliyyə şirkətlərindən müdafiəsinə görə məsul olan ABŞ dövlət qurumu - İstehlakçıların Maliyyə Müdafiəsi Bürosuna daxil olan 687 mindən çox şikayəti təhlil edib. Onlar aşkar ediblər ki, bu şikayətlərin təxminən 18 faizi ehtimal ki, süni intellekt tərəfindən yazılıb.

Korporativ press-relizlərə gəldikdə, tədqiqatçılar ABŞ-da üç ən böyük: “Newswire”, “PRWeb” və “PRNewswire” press-reliz platformalarında dərc olunan mətnləri təhlil ediblər. Onlar aşkar ediblər ki, “ChatGPT” işə salınandan bəri bu saytlardakı relizlərin təxminən dörddə biri AI tərəfindən tərtib edilib. Xüsusilə, 2023-cü ilin sonuna qədər süni intellektdən istifadənin ən yüksək səviyyəsi elmi və texniki relizlərdə qeydə alınıb.

İş elanları ilə bağlı tədqiqatçılar müəyyən ediblər ki, “LinkedIn”də böyük şirkətlərin elanlarının süni intellekt tərəfindən yazılmaq ehtimalı azdır. Lakin, kiçik firmalardan gələn iş elanlarını araşdırdıqdan sonra, onlar elanların təxminən 10 faizində süni intellektin köməyini aşkar ediblər.

Komanda, həmçinin BMT-nin ingilis dilində yazılmış press-relizlərini də araşdırıb. Onlar mətnlərin yazılması zamanı süni intellektdən istifadənin əhəmiyyətli dərəcədə - 2023-cü ilin əvvəlindəki 3 faizdən 2024-cü ilin sonuna 13 faizə qədər artdığını aşkar ediblər.

Ümumilikdə, tədqiqatçılar aşkar ediblər ki, əsasən süni intellekt tərəfindən yazılmış kimi qeyd edilən məzmunun payı 2022-ci ilin noyabrında “ChatGPT”nin buraxılmasından əvvəlki 1,5 faizdən 2023-cü ilin avqustunda 15 faizə yüksəlib. Bundan sonra artım yavaşlayıb və 2024-cü ilin avqustunda süni intellekt tətbiqetmə nisbəti təxminən 17 faiz təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Oktyabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri