Icma.az
close
up
RU
Süni intellekt və musiqinin vəhdəti adlı layihəsinə start verilir

Süni intellekt və musiqinin vəhdəti adlı layihəsinə start verilir

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqəsi çərçivəsində qalib seçildiyi "Süni intellekt və musiqinin vəhdəti" adlı layihəni həyata keçirməyə başlayır.

AZXEBER.COM xəbər verir ki, layihə avqust ayından start götürüb və sentyabr ayında Balakən və Şəkidə musiqidə süni intellektin tətbiqi mövzusunda ilk dəfə təşkil ediləcək təlimlər vasitəsilə region musiqiçilərinə və yaradıcı şəxslərə yeni texnologiyaların imkanları təqdim olunacaq.

Layihə rəhbəri xalq artisti Zümrüd Məmmədovanın sözlərinə görə təlimlərin əsas məqsədlərindən biri regionlarda fəaliyyət göstərən musiqi təhsilli və yaradıcı insanlara süni intellektin yaratdığı yeni imkanları tanıtmaq və onların maddi imkanlarını genişləndirməsi yolunda onları maarifləndirməkdir. Bu sahədə çalışanların bilik və bacarıqlarını artırmaq, yaradıcılıqlarını stimullaşdırmaq və region musiqi sənayesinin inkişafına dəstək vermək layihənin digər prioritet istiqamətlərindəndir.

Təlimlərdə iştirak edənlərə müasir texnoloji imkanlar əsasında biznes ideyaları və startap fikirləri ilə yanaşı, qazanc əldə etmə yolları haqqında da maarifləndirmə həyata keçiriləcək. Tədbirlər sonunda iştirakçılar sertifikat və musiqi mövzulu xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

Tədbirlər 8-9 sentyabrda Balakəndə, 12-13 sentyabr 2025-ci il tarixində isə Şəkidə keçiriləcək və musiqisevərlər, musiqiçilər və mütəxəssislərin diqqətinə çatdırılacaq. Təlimləri Bəstəkarlar İttifaqının "Gənclərlə iş” şöbəsinin sədri, Bakı Musiqi Akademiyasının doktorantı və elmi işçisi, bəstəkar İlahə Qismət və Azərbaycan Dövlət Dram Teatrının musiqi hissə müdiri, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, bəstəkar Azər Hacıəsgərli keçirdi. Onlar iştirakçılarla öz bilik və təcrübələrini bölüşdülər.

Layihə ilə regionlarda musiqi sənayesinə yeni töhfələr vermək və müasir texnologiyaların təbliğ olunmasını təmin etmək məqsədilə geniş imkanlar yaradılacaq. Bu təşəbbüs, musiqiçilərin texnoloji yeniliklərdən xəbərdar olması və fəaliyyətlərini genişləndirməsi üçün böyük bir addımdır.

Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyi belə layihələrin əhəmiyyətini vurğulayır, regionlarda musiqi sənayesinin inkişafının prioritet istiqamət olduğunu qeyd edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Sentyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri